Icma.az
close
up
RU
Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib MÜNASİBƏT BİLDİRİLDİ

Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini aprelin 15-də Azərbaycana etdi. Aprelin 16-da Prezident İlham Əliyev gürcüstanlı həmkarını qəbul etdi və liderlər arasında təkbətək görüş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib. Əvvəlcə deyim ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət edir. Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim” deyib.

Tbilisi həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan arasında danışıqlarda konstruktiv mövqe sərgiləyib, yeri gəldikdə, vasitəçilik təklifləri irəli sürüb. 44 günlük müharibə zamanı Gürcüstan Rusiya və Qərbdən gələn yardımların Ermənistana keçidinə də imkan verməyib. Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya, Osetiya münaqişələrində Tbilisini dəstəkləyib. Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədəki ən sabit və sülh tərəfdarı olan etnik azlıqdır. Gürcüstanda abxazlar, osetinlər, hətta ermənilər belə Rusiyanın təhlili ilə vaxtaşırı Gürcüstan dövlətinə qarşı separaçı fəaliyyət içərisində olsa da, yaşayan azərbaycanlılar hökumətə sadiq qalıb. Təbii ki, bu məsələdə Bakının sərgilədiyi mövqe də mühümdür.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata bəyanatında deyib ki, “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Həqiqətən də Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə icra edir. Bunlardan ən önəmlisi TANAP layihəsidir. Hansı ki, bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə ötürücü ölkə olaraq mühüm paya malikdir. Təbii ki, Gürcüstanın Batum və Poti limanları da Azərbaycanın dünya ticarətinə açılan pəncərələridir. Yəni iki ölkə arasında səmimi dostluqdan əlavə, həm də qarşılıqlı maraqlar çərçivəsində uğurlu əməkdaşlıq var. Ümumiyyətlə, Gürcüstanın Azərbaycan üçün önəmini ölkə başçısının bu sözləri də gözəl ifadə edir: “Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Gürcüstanda son bir ildə baş verən daxili, siyasi proseslər də əslində Tbilisi-Bakı dostluğu baxımından mühüm sınaq oldu. Belə ki, 2024-cü idə Gürcüstanda baş verən parlament seçkiləri və sonrasında Qərbin reaksiyaları Tbilisinin daxili işlərinə müdaxilə kimi məsələlərdə Azərbaycan təmkinli mövqe sərgilədi. Azərbaycan Gürcüstanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə bəyan etdi, hətta seçkilərdə Azərbaycandan nümayəndələr də iştirak etdi. Mixail Kavelaşvilinin bu baxımdan səsləndirdiyi fikirlər diqqət çəkir: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”.

Yeni dünya düzənin formalaşdığı bir məqamda Bakı-Tbilisi münasibətlərinin daha da güclənməsi həm də regional aspektdən xüsusi əhəmiyyət kəsb edir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri