Görüşün sonunda yazıçılar öz kitablarını imzalı şəkildə iştirakçılara hədiyyə ediblər.
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yay məktəbi – Bakı” proqramı təşkil olunub.
525.az xəbər verir ki, cari ilin 8-11 may tarixlərini əhatə edən proqram çərçivəsində iştirakçılar Bakı şəhərinin tarixi və mədəni məkanları ilə tanış olub, müxtəlif tədbirlərdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçıların Azərbaycan Yazıçılar Birliyində görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Kamal Abdulla, Xalq şairi Vahid Əziz, yazıçı-professor Hüseynbala Mirələmov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid iştirak ediblər.
Görüş zamanı yazıçılar və ədəbiyyat nümayəndələri Azərbaycan dilinin zənginliyi, milli ədəbiyyatın inkişaf yolu və yaradıcılıq prosesi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Çıxışlarda Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, Dr. Şəhla İbişova çıxışında Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzin fəaliyyəti, Ana dilimizin tədrisi istiqamətində həyata keçirilən layihələr və tələbələrin Bakı səfərinin əhəmiyyəti barədə məlumat verib.
Ədəbiyyat nümayəndələri bu kimi layihələrin Azərbaycanın Türkiyədə daha yaxından tanıdılması, Azərbaycan dilinin, ədəbiyyatının və milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm rol oynadığını qeyd ediblər. Eyni zamanda iştirakçıların ədəbiyyatımıza dair suallarını cavablandırıblar.
Görüşün sonunda yazıçılar öz kitablarını imzalı şəkildə iştirakçılara hədiyyə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 12 May 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















