Icma.az
close
up
RU
Erməni kilsəsi öz xislətinə sadiqdir daşnaklarla gizli görüşün detalları

Erməni kilsəsi öz xislətinə sadiqdir daşnaklarla gizli görüşün detalları

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deputat: “Azərbaycanın xüsusi xidmət orqanları bütün prosesləri tam nəzarətdə saxlayır”
Eçmiəzdin kilsəsində keçirilən görüşdə “Daşnaksütyun” partiyasının rəhbərliyi ilə Ermənistanın gələcəyi, Azərbaycanla bağlı məsələlər müzakirə olunub. Erməni mediası görüşün təfsilatı barədə məlumat verməsə də, aydın olur ki, kilsə yenidən erməniləri qırğına vermək üçün öz siyasi kuklalarını oyuna gətirməyə hazırlaşır.
Ümumiyyətlə, ermənilərin başına gələn fəlakətlərin əsas baiskarlarından hesab olunan Eçmiəzdin kilsəsi yenidən fəaliyyətini gücləndirməkdədir. Erməniləri qanlı olaylara vəsilə edən kilsə bu dəfə də onun havasına oynayan daşnakları başına yığmaq istəyir.
Ötən ay  II Qaregin bildirib ki, Ermənistan guya təhlükədədir və hər zaman Azərbaycan tərəfindən “işğal” oluna bilər. “Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür”, - II Qaregin demişdi.
Kilsədə daşnaklarla görüş nəyə səbəb ola bilər? Erməni din xadimlərinin cəmiyyəti sülh sazişi əleyhinə səfərbər etməsi mümkündürmü?
 

Naqif Həmzəyev
Deputat Naqif Həmzəyev “Yeni Müsavat”a bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra həm kilsənin, həm də “Daşnaksütyun” partiyasının mövqeyi Ermənistanda zəifləyib: “Xüsusilə də son günlərdə Paşinyanın gizli qapılar arxasında öz siyasi həmfikirləri ilə görüşlər keçirərək Azərbaycanın öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını deməsi ortaya iki sual çıxardı: ya Paşinyan öz siyasi həmfikirlərinin öhdəliklərini yerinə yetirməyə hazırlaşır, eyni zamanda göstəriş verib ki, vətəndaşları mümkün proseslərə hazırlamaq lazımdır, ya da siyasi həmfikirlərini mümkün müharibəyə hazırlıqla bağlı səfərbər etmək istəyir. Bu danışıqlardan sonra kilsədə, yəni Eçmiəzdin kilsəsində "Daşnaksütyun" partiyasının rəhbərləri ilə gizli görüşün keçirilməsi artıq müəyyən şübhələr doğurmağa başlayır. Kilsə tərəfindən verilən son açıqlamalardan aydın görünürdü ki, onlar revanşist fikirləri dəstəkləyirlər və kilsə “Daşnaksütyun”un nümayəndələrini daha çox müharibəyə səsləmək istəyir. Bu baxımdan keçirilmiş gizli görüşlərdən belə bir nəticəyə gəlmək olar ki, kilsə və “Daşnaksütyun” partiyasının rəhbərliyi  birləşərək ya Paşinyanı devirmək istəyirlər, ya da sülh sazişi imzalanacağı təqdirdə buna hazır olmaq istəyirlər. Avropa müşahidə missiyasının mandatının 2027-ci ilin fevral ayına qədər uzadılması, eyni zamanda Ermənistanın havadarları tərəfindən aktiv şəkildə silahlandırılması, xüsusilə də hücum məqsədilə istifadə edilməsi nəzərdə tutulan silahların düşmən ölkənin arsenalına daxil edilməsi müharibə ehtimalını gücləndirir. Həmçinin şərti sərhədboyu ərazilərdə müşahidə missiyası tərəfindən binokl siyasətinin aparılması, Azərbaycan Ordusunun mövqelərinə dair məlumatların Ermənistan ordusuna ötürülməsi, eləcə də Ermənistan ordusunun formalaşdırılması üçün xüsusi dəstək verilməsi də bu ehtimalları artırmaqdadır. Ola bilər ki, Paşinyan gizli qapılar arxasında məhz kilsə nümayəndələri ilə də görüşərək, həmin qüvvələri müharibə baş verəcəyi təqdirdə birləşməyə çağırış etsin və ya hər hansı bir təlimat versin. Bir sözlə, Ermənistanda baş verən proseslər, son dövrlərdə Ermənistan mediasında revanşist fikirlərin üstünlük təşkil etməsi və Azərbaycan əleyhinə aqressiv fikirlərin səsləndirilməsi, həmçinin Paşinyan tərəfindən sülh prosesini yubatmaq məqsədilə fərqli ideyaların ortaya atılması, “biz sülh istəyirik, ancaq Azərbaycan tərəfi sülhü dəstəkləmir” kimi fikirlərin formalaşdırılması bir növ aktiv toqquşmaya və ya müharibəyə hazırlığın siqnalları kimi dəyərləndirilməlidir. İstənilən halda kilsə və daşnakların birləşməsinin heç bir zaman bizim regionumuz üçün faydalı olmadığının altını qırmızı xətlə cızmaq lazımdır. Çünki bu birlik hər zaman müharibə, təxribat və soyqırımla nəticələnib. Keçirilmiş bu görüşdən də yeni təhlükəli planların ortaya çıxma ehtimalının olduğunu qeyd etməyi özümə borc bilirəm. İstənilən halda, Azərbaycan baş verən bütün prosesləri diqqətlə izləyir. Əgər Ermənistan tərəfi növbəti genişmiqyaslı təxribata əl atarsa, müharibə yolunu seçərsə, sülhə üz çevirib Azərbaycanla təhdid dili ilə danışmaq istəyərsə, Azərbaycanın əlində kifayət qədər bunun qarşısını almaq üçün imkanlar var. Mümkün təxribatların qarşısı da ən yüksək peşəkarlıq səviyyəsində alınacaq. Antiterror əməliyyatlarını və ondan əvvəl Ermənistan və separatçılar tərəfindən həyata keçirilən təxribatların qarşısının necə məharətlə alındığını xatırlaya bilərik. Düşünürəm ki, baş verə biləcək hər hansı bir aktiv toqquşma və ya genişmiqyaslı təxribatların qarşısı da eyni məharətlə bizim, rəşadətli, güclü silahlı qüvvələrimiz tərəfindən alınacaq. Azərbaycanın xüsusi xidmət orqanları bütün prosesləri tam nəzarətdə saxlayırlar. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanla güc və təhdid dili ilə danışmaq heç bir fayda gətirməyəcək. Ermənistanın havadarları tərəfindən ona verilən süni cəsarət isə nəticə etibarilə Ermənistanın məhvinə gətirib çıxara bilər".

Azər Hüseynov
Siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, erməni kilsəsi tarixən Ermənistan cəmiyyətində mühüm siyasi və ideoloji funksiyalar yerinə yetirib: “Ermənilər arasında dövlətçiliyin uzun illər mövcud olmaması səbəbindən kilsə faktiki olaraq milli kimliyi qoruyan əsas institut rolunda çıxış etib. Xüsusilə Osmanlı dövründə və sonradan çar Rusiyasının tabeliyində olduğu zamanlarda erməni kilsəsi yalnız dini deyil, eyni zamanda siyasi təşkilat funksiyasını da yerinə yetirib. Bu gün Ermənistanda Eçmiəzdin kilsəsinin nüfuzu əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bunun əsas səbəbi Paşinyanın daha dünyəvi bir idarəçilik forması qurmağa çalışması və kilsənin ənənəvi təsir dairəsini zəiflətmək cəhdləridir. Paşinyan hökuməti kilsənin siyasi proseslərə müdaxilə etməsinin qarşısını almağa çalışdı və bu, nəticə etibarilə kilsə ilə hökumət arasında müəyyən bir qarşıdurma yaratdı. Lakin kilsənin ictimai nüfuzuna ən böyük zərbə 44 günlük müharibədən sonra dəydi. Ermənistanın 2020-ci ildə Qarabağda məğlub olması ölkədə böyük bir məyusluq və psixoloji sarsıntı yaratdı. Cəmiyyət uzun illər boyu siyasi və dini dairələrin yaratdığı miflərə inanmışdı, lakin bu miflər gerçəkliklə üzləşəndə tamamilə çökdü. Bu məğlubiyyət yalnız hökumətə deyil, eyni zamanda erməni kilsəsinə və onun təbliğ etdiyi ideoloji narrativlərə də inamı sarsıtdı. Artıq erməni cəmiyyətinin böyük bir hissəsi kilsənin siyasi ritorikasına etibar etmir.
Bununla belə, kilsə revanşist qüvvələrlə əlaqələrini davam etdirir. Eçmiəzdin kilsəsində “Daşnaksütyun” partiyasının rəhbərliyi ilə keçirilən gizli bir görüşün detalları açıqlanmasa da, kilsənin radikal qüvvələrlə bir araya gələrək erməni cəmiyyətində yenidən müharibə əhval-ruhiyyəsi formalaşdırmağa çalışması açıq-aşkardır.
Lakin sual yaranır: erməni kilsəsi bu revanşist əhval-ruhiyyəni yenidən canlandıra bilərmi? Reallıq göstərir ki, bu, olduqca çətindir. Erməni cəmiyyəti 44 günlük müharibədən sonra xeyli dəyişib. Əhalinin böyük bir hissəsi müharibənin Ermənistana vurduğu ziyanı anlayır və yeni hərbi avantüraların fəlakətli nəticələr doğuracağını bilir. Müharibənin Ermənistanı ən azı 20 il geriyə saldığı açıq faktdır. Ölkənin iqtisadiyyatı çökmüş vəziyyətdədir, işsizlik və yoxsulluq artıb, ölkədə demoqrafik böhran yaşanır. Bütün bu problemlər fonunda cəmiyyətin müharibə istəməsi real görünmür.
Bundan başqa, Ermənistanda indi artıq yeni nəsil formalaşır. Bu nəsil əvvəlki kimi radikal millətçi ideyalara o qədər də meyilli deyil. Əksinə, onlar daha çox Avropa dəyərlərinə və dünya ilə inteqrasiyaya üstünlük verirlər. Xüsusilə gənclər arasında kilsənin çağırışlarına laqeyd yanaşanların sayı artır. Bu isə o deməkdir ki, kilsənin və “Daşnaksütyun”un birlikdə həyata keçirmək istədiyi revanşist planlar geniş ictimai dəstək tapa bilməz. II Qaregin və “Daşnaksütyun” rəhbərliyi cəmiyyətdə bir qədər xaos və qeyri-müəyyənlik yaratmağa cəhd edə bilər, lakin onların əsas istəyi, Ermənistanın radikal qüvvələr ətrafında birləşməsi, mümkün görünmür. Müharibələrdən, siyasi qeyri-sabitlikdən, iqtisadi çətinliklərdən bezmiş xalq üçün revanşist çağırışlar, sadəcə, könül bulandıran ritorikadan ibarət ola bilər. Ona görə də Eçmiəzdin kilsəsinin və daşnakların bu cəhdləri əslində Ermənistanın gələcəyi üçün heç bir ciddi təsir doğurmayacaq bir məğlubiyyət ritorikasının davamından başqa bir şey deyil".

Kənan Rövşənoğlu
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun fikrincə, uzun bir tarixi dövr ərzində ermənilərin dövləti olmayıb, onlar icma xalqı olublar: “Erməni icmasını uzun bir dövr ərzində kilsə idarə edib. Kilsənin erməni cəmiyyəti üzərində hakimiyyətini məhz 19-cu əsrdə "Hınçaq", “Daşnaksütyun” kimi millətçi təşkilatlar “qırıblar”. Amma buna baxmayaraq, kilsə hələ də erməni icması və dövlət üzərində ciddi təsirə malikdir. İndi isə biz müşahidə edirik ki, kilsə və millətçi cinah Nikol Paşinyanın şəxsində liberal cinahla toqquşur və bu toqquşmada faktiki olaraq uduzur. Çünki ötən dövrdə millətçilik və kilsə siyasi hakimiyyətin əlində alət olub, nəticə etibarilə ölkəyə heç nə qazandıra bilməyib. Buna görə də onlar Paşinyanın şəxsində ciddi rəqiblə qarşılaşmada faktiki olaraq uduzublar. Bu mənada kilsə və daşnaklar Paşinyana qarşı nəzəri olaraq birləşə bilərlər. Çünki dediyim kimi, o, hər ikisi üçün ortaq rəqibdir. Təbii ki, onların Paşinyana qarşı əsas “silahı” Azərbaycanla müharibə və Qarabağ mövzusu ola bilər. Kilsə isə həmişə müharibə mövzusunu əlində silah edib. Müharibədə məğlub olmuş erməni cəmiyyəti içərisində, təbii ki, qisasçılıq şüarları təsirli ola bilər. Lakin indiki halda millətçilər və kilsənin ittifaqının nəticə verəcəyini demək çətindir. Çünki Paşinyanın reytinqi yüksəkdir, seçkilərdə üstünlük əldə edir. Ancaq nəzərə almaq lazımdır ki, kilsə və millətçilərin “uğuru” qaranlıq və müharibəli dövrlərdə olur. Yəni Azərbaycanla gərginlik Ermənistanda kilsə və daşnaklara yeni nəfəs verə bilər. Bu da Paşinyanın reytinqindən asılı olacaq. Hələlik Paşinyan erməni cəmiyyətini sülhə inandıra bilir. Amma Paşinyanın reytinqi aşağı düşərsə, bu, erməni cəmiyyətində daşnak və kilsəni gücləndirə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri