Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Göyçə, biz sənə də qayıdacağıq

Göyçə, biz sənə də qayıdacağıq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kitabi-Dədə Qorqud”da adı çəkilən Göyçə gölünün sahillərində yerləşən bu qədimdən-qədim, uludan-ulu, əsrarəngiz təbiəti ilə, bulaqları, çayları, gölü ilə gömgöy görünən, gah ala-yaşıla, gah da ağ xələtə bürünən bu diyar tarixə elə məhz həmin gölün adı ilə həkk olunub: Göyçə mahalı.

Göyçə adına ilk dəfə yazılı mənbələrdə Zeynəddin bin Həmdullah Qəzvininin “Zeyee tarix-e qozide” (“Seçilmiş tarixə əlavə”) əsərində 1343–1344-cü (hicri-qəməri tarixlə 744-cü) illərdə baş vermiş hadisələrlə əlaqədar rast gəlinir. Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin 1468-ci il tarixli fərmanında da Göyçə vilayətinin adı çəkilir.

Tarixi mənbələr qeyd edir ki, 1500-cü ilin yazında Şeyx Heydər oğlu Şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq əraziyə, Göyçə gölünün cənub sahillərinə doğru getdi. Şeyx İsmayıl Qarabağ, Çuxursəd, Surəgil, Kağızman, Tərcan yolu ilə Ərzincana yetişdi. Burada Qızılbaş əmirlərinin, ağsaqqallarının məsləhəti ilə Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərarı verildi.

Şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varcaq tayfalarından, Qaradağ sufilərindən yeddi min qazi toplandı. 1500-cü ilin sonlarında baş vermiş Cabanı döyüşündə Fərrux Yasar öldürüldü. Bakını və Naxçıvanı da ələ keçirən Şeyx İsmayıl 1501-ci ilin payızında Təbrizə daxil oldu və özünü şah elan etdi. Beləliklə, Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın 1503-cü ilə aid fərmanında Göyçə vilayətinin də adının çəkilməsi bu ərazilərin Səfəvilər dövlətinin tərkibində olduğunu sübut edir. Səfəvilər və Osmanlılar arasında gedən müharibələr müəyyən ərazilərin gah bu, gah da digər dövlətin əlindən çıxmasına səbəb oldu.

Osmanlı dövlətinin 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri” adlı vergi siyahısında Göyçə və Dərəçiçək mahallarındakı kəndlərin də adlarına rast gəlinir. Müəyyən qısa tarixi mərhələlər istisna olmaqla, Göyçə mahalı Səfəvilər və Əfşarlar səltənətinin tərkib hissəsi olub.

1747-ci ildə Nadir şah Əfşar öldürüldükdən sonra Azərbaycan xanlıqlara parçalandı. İrəvan xanlığının 15 mahalından biri də Göyçə mahalı idi. Bu mahal məhsuldar torpaqları, çayları, bulaqları, yaylaqları ilə məşhur idi.

Bu diyarda həmişə heyvandarlıq, əkinçilik, balıqçılıq, xalçaçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin inkşafı üçün əlverişli mühit və şərait olub. Qədim zamanlardan öz varlığını, adət-ənənəsini, milli kimliyini qoruyan bu mahalın idarəçiliyi Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal edildikdən sonra İrəvan quberniyasına verilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920-ci illərdə) əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan bu mahalın böyük bir hissəsi Azərbaycana məxsus idi. Əvvəl Azərbaycanda, az sonra isə Ermənistanda müstəqil dövlətin varlığına son qoyan Qırmızı Rusiya (Sovet Rusiyası) Göyçə, Zəngəzur mahallarını zorla Azərbaycandan ayıraraq Ermənistanın ərazisinə qatıb.

Doğma anasından – Azərbaycandan məcburən ayrılan Göyçə mahalını ermənilər ləğv edib və 5 rayona bölüblər: Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq, Kəvər və Sevan. Daşnak düşüncəli erməni rəhbərlər bu rayonların türk mənşəli tarixi adları da tədricən dəyişdirilmiş, qurama erməni mənşəli toponimlərlə əvəz ediblər.

Bu mahalın böyük əksəriyyətini təşkil edən yerli azərbaycanlıları erməni millətçiləri XX əsrdə davamlı olaraq sıxışdırıb, zaman-zaman təzyiqlərə, təqiblərə, deportasiya və repressiyalara məruz qoyublar.

Rusiya imperiyası və SSRİ rəhbərliyindəki havadarlarından dəstək alan ermənilər 1905–1906, 1918–1919-cu illərdə qırğın və deportasiyalar, 1948-ci ildə sürgün və köçürmələr həyata keçiriblər. Nəticədə, indiki Ermənistan respublikasında, o cümlədən Göyçə mahalında azərbaycanlı əhalinin sayı süni surətdə azalıb.

1948–1988-ci illərdə iqtisadi, siyasi təhdidlər ucbatından müəyyən insanlar, ailələr Ermənistandakı dədə-baba yurdlarından köçüb Azərbaycanda məskunlaşıblar. 1988-ci ilin noyabr-dekabr aylarında isə Ermənistan ərazisində yaşayan bütün azərbaycanlılar kimi, Göyçə mahalının sakinləri də doğma evlərini, torpaqlarını, kəndlərini elliklə tərk edərək Azərbaycana üz tutmağa məcbur olublar.

Yeni torpaqlarda, yeni yurd yerlərində vətən, el-oba həsrəti, nisgili ilə bir çox insanlar Göyçə deyə-deyə dünyadan köçdülər. Sağ qalan, yaşayan insanların dilindən isə ağılar, bayatılar əskik olmadı.

Sərraf Şiruyə, İsmixan, Zəki İslam, Alqayıt, Aqil İman kimi onlarla şairin, Aşıq Hacı, Aşıq Fətulla kimi aşıqların yüzlərlə şeirləri Göyçə dərdini, Göyçə həsrətini əks etdirir. İnsanlar doğma yurdlarını nəinki unudub, əksinə, o torpaqlardan kənarda doğulan, böyüyən gənc nəslə də bu sevgini, bu həsrəti daşıyır.

Doğrudur, bu gün Ermənistan Respublikasına aid edilən ərazilərdə bircə nəfər belə azərbaycanlı yaşamır. Ancaq İkinci Qarabağ müharibəsində əldə etdiyimiz uğurlar, Azərbaycan dövlətinin ağıllı və uzaqgörən xarici siyasəti bizə öz tarixi torpaqlarımıza dönmək ümidi verir.

Qərbi Azərbaycan İcması etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail omaq, onların hüquqlarını beynəlxalq müstəvidə bərpa etmək, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnu təmin etmək və birgə yaşayışa nail olmaq kimi ümummilli missiyanı gerçəkləşdirmək yolunda ciddi fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında həm Azərbaycan dövlətinin, həm də bu qurumun qarşısında duran vəzifələr barədə proqram xarakterli tövsiyələr verib.

Göyçə mahalı da daxil olmaqla Qərbi Azərbaycan torpaqları xalqımızın yaddaşında dədə-baba yurd yerləri kimi yaşayır və yaşayır. Əlverişli tarixi şərait yarandığı ilk anlardan biz o torpaqlara qayıdacağıq: Füzuliyə, Ağdama, Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Kəlbəcərə qayıdan kimi. Böyük el sənətkarı Bəhmən Vətən oğlunun uzaqgörənliklə dediyi kimi.

Salman QARALAR,
şair-publisist
Göygöl rayonu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri