Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Sümük-əzələ sistemi uşağın, xüsusilə də məktəblinin orqanizmində sağlamlıq baxımından çox vacib rol oynayır. Sümüklər dayaq orqanları hesab olunur. İnsan orqanizminin həcminin və kütləsinin böyük hissəsini dayaq-hərəkət aparatı təşkil etdiyi üçün onun sağlamlığı mühüm əhəmiyyət daşıyır".
Redaktor.az xəbər veriri ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev səsləndirdi.
Onun sözlərinə görə, məktəblilərdə sümük sağlamlığının vacibliyi ondan ibarətdir ki, məktəbli dövrü uşağın sürətlə boy atdığı və inkişaf etdiyi kritik mərhələ hesab olunur:
"Bu dövrdə sümük sağlamlığının qorunması yetkinlik yaşında sağlamlıq üçün profilaktik əhəmiyyət daşıyır. Belə ki, uşaq orqanizmində sümük sağlamlığının təmin olunması yetkinlik yaşında yarana biləcək xroniki problemlərin, xroniki ağrıların və dayaq-hərəkət aparatının digər xroniki xəstəliklərinin qarşısının alınmasına kömək edir. Sümük sağlamlığı məhz buna görə vacib rol oynayır".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:309
Bu xəbər 09 Sentyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















