Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Diplomatik korpusun Xankəndiyə səfəri başlayıb GÖRÜNTÜ

Diplomatik korpusun Xankəndiyə səfəri başlayıb GÖRÜNTÜ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən Modern.az-a verilən məlumata görə, sentyabrın 11-də başlayan səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edir.

Xarici diplomatlar səfərin ilk günündə Xankəndi şəhərində olublar. Qonaqlar Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri tərəfindən qarşılanıblar.Diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi şəhərində tikintisi aparılan Dəmir Yolu və Avtovağzal Kompleksində görülən işlərlə tanış olublar."Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı, diplomatlara ərazidə aparılan tikinti işləri barədə məlumat verib.

Bildirib ki, Qarqar çayının sağ sahilində 6,4 hektar ərazidə inşa olunacaq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsi işlərinə başlanılıb.Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Kompleksin dəmir yolu bölməsinin gündəlik 800-1000, avtovağzalın isə 1000-1200 sərnişinə xidmət göstərməsi planlaşdırılır.Kompleksin ərazisində çayətrafı bulvar, körpülər və perronaltı keçidlə yanaşı, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri, velosiped yolu və velosiped dayanacağı da yaradılacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası mühüm layihələrdən biridir.Onun sözlərinə görə, kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Kompleks, həmçinin ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat səfər etməsində mühüm rol oynayacaq.

Qeyd edilib ki, ümumilikdə Ağdam-Xankəndi dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də digər zəruri infrastrukturun tikintisi planlaşdırılır.

Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Xətt üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icrası 2025-2026-cı illəri əhatə edir. Xüsusi nümayəndə Elçin Yusubov Xankəndidə ictimai nəqliyyat şəbəkəsinin də formalaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, yeni marşrut şəbəkəsi üzrə avtobus xətləri istifadəyə verilib və şəhər sakinləri həmin marşrutlardan rahat şəkildə istifadə edirlər.
Marşrut xətləri boyunca ümumilikdə 62 ünvanda dayanacaq məntəqəsi müəyyənləşdirilib və müvafiq nişanlarla təchiz olunub.Sərnişindaşımalar elektrik avtobusları ilə həyata keçirilir.
Xankəndidə əhalinin mövcud tələbatı nəzərə alınaraq ilkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində quraşdırılmış ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.

Xüsusi nümayəndə qeyd edib ki, artıq Azərbaycanın müxtəlif şəhər və rayonlarından Xankəndiyə avtobus marşrutları açılır. Bu da əhalinin şəhərə rahat və mütəmadi gediş-gəlişinə imkan yaradır.

İki günlük səfər çərçivəsində xarici diplomatların Xankəndi, Xocalı və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf layihələri ilə tanış olması nəzərdə tutulur.

Diplomatik korpusun nümayəndələrinə sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat veriləcək.Qeyd edək ki, bu, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see688

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see489

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see283

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see281

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see267

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see264

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see252

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see251

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see250

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see249

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see239

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see234

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see230

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see229

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see225

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see225

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see218

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see217

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri