Icma.az
close
up
RU
Göyçədə bir gün Tərlanə Yaqubqızı yazır

Göyçədə bir gün Tərlanə Yaqubqızı yazır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Milli Kitabxananın qonşuluğunda yerləşən, hər dəfə işə gedib-gələndə müqəddəs məbəd kimi baxdığım Azərbaycan Yazıçılar Birliyində idim. 

Birliyin Natəvan klubunda Azərbaycanın gözəl şair qadınlarından biri olan Səyyarə xanım Məmmədlinin "Bu dünya bir ömür yükdü" adlı kitabının təqdimat mərasimi idi.

Mən Səyyarə xanımı 2011-ci ildən tanıyıram. Sadə, zəhmətkeş, bacarıqlı, məsuliyyətli, öz işinin öhdəsindən layiqincə gələn bir şöbə müdiri kimi. Amma şeirlərini oxuyandan sonra elə bildim ki, onu lap çoxdan tanıyıram. Elə buna görə də ayrı-ayrı şöbələrdə çalışsaq da onunla həmişə söhbətimiz tutub. Hər dəfə yeni kitabı çıxanda mənə imzalı hədiyyə edib, hər yeni şeirini mənimlə paylaşıb. Çünki onun yaradıcılığını nə qədər sevdiyimi özü də yaxşı bilir. 

Təsəvvür edin, xəstəxanada əməliyyatdan yenicə çıxmışdım və ertəsi gün Səyyarə xanım məni yeni kitabının təqdimatına dəvət etdi. Elə bildim ki, bu dəvət mənim üçün Allahın bir lütfüdür və xəstə yatağımda ürəyimdən bu misralar keçdi:
Keçər dövran, belə qalmaz,
Şad ol, könül, nə məlulsan?

 
Mənə elə gəldi ki, iyunun 2-də keçiriləcək tədbirə görə mütləq sağalıb ayağa durmalıyam. Həkimin bülletenimin müddətini uzatmaq təklifinə qətiyyətlə etiraz edib vaxtından qabaq işə çıxmağa qərar verdim. Atalarımız demişkən, "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə!" Nə yaxşı ki, mən çağırılan yerə getdim. 

Tədbir saat 11-də nəzərdə tutulsa da qonaqların əksəriyyəti artıq gəlmişdi.  Azərbaycan Yazıçılar Birliyinin və Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir sözün əsl mənasında poeziya bayramına çevrildi. Birliyin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi şair Səlim Babullaoğlu tədbiri giriş sözü ilə açıb Səyyarə Məmmədlinin yaradıcılığından danışdı, onun şeirlərindən oxudu.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü Məlahət Yusifqızı vaxtilə onunla  tələbə yoldaşı olmuş Səyyarə xanımla bağlı xoş sözlər söylədi. Aşıq Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərlinin çıxışı məclisə xüsusi rəng qatdı. O, Səyyarə Məmmədlini 65 illik yubileyi, eləcə də Azərbaycan poeziyasının inkişafında uzunmüddətli fəaliyyətinə və milli ədəbiyyatın zənginləşdirilməsinə verdiyi dəyərli töhfələrə görə  Dədə Ələsgər Ocağı İctimai Birliyinin Fəxri Diplomu ilə təltif etdi.

Tibb elmləri doktoru, əməkdar elm xadimi İbadulla Ağayevin şirin söhbəti qonaqları sözün əsl mənasında valeh etdi. El ağsaqqalı, Göyçənin dəyərli ziyalılarından biri olan Məhəmməd Bayramlının, tanınmış şair Yusif Nəğməkarın, Gəncədən təşrif gətirən sevimli şairimiz Sahib Ələkbərlinin, Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayevanın və  digər ziyalıların çıxışları da maraqla qarşılandı.

Səyyarə xanımın poeziya işığına yığışanlar təkcə qələm adamları deyildi. Mənə elə gəldi ki, Səyyarə xanımı ən çox mütəəssir edən onun tədbirində məhz sinif yoldaşlarının iştirak etməsi idi. Onların xatirələrindən aydın oldu ki, Səyyarə xanım hələ uşaq yaşlarından sinif divar qəzetinə şeirlər yazıb, məktəbin ən fəal şagirdlərindən olub. 

Səyyarə Məmmədlinin oğulları-Qarabağ müharibəsi veteranı Oğuz və Bəhruzun çıxışları zamanı onun bir ana kimi necə kövrəldiyini hiss etdim.

Amma buna baxmayaraq, mən dünənki tədbirdə  Göyçə elinin yetirməsi olan Səyyarə Məmmədlini  çox xoşbəxt gördüm. Çünki bu tədbirdə Göyçə elindən uzaq düşsələr də qəlbində Göyçəni daşıyan göyçəlilər vardı. Səyyarə xanım öz həmvətənlərinin arasında Göyçə həsrətini bir anlıq unutmuşdu. Sanki  öz elində-obasında, öz Göyçəli dünyasında idi, şeirlərində ifadə etdiyi "Göyçəni qaytarın mənə" arzusunu reallaşdıra bilmişdi. Nə xoş ki, Dədə Ələsgər ocağının istisi onun yurddaşlarını bir araya toplamışdı. Mənə elə gəldi ki,  bu mehriban, səmimi, sözü və əməli bir olan göyçəlilər sanki öz varlıqları, şirin-şəkər söhbətləri ilə Göyçəni bu məkana gətiriblər və mən də heç vaxt olmadığım Göyçədəyəm.

 Yadımdadır, hələ 2021-ci ildə Səyyarə Məmmədli belə bir şeir yazmışdı:
       

Çəkdiyim kimi də gələ əlimdən,
Sındıram həsrəti, dərdi əyəm mən.
Göygözlü Göyçəmdən, doğma elimdən
Hələ də uzaq bir Səyyarəyəm mən.

Bu vətən həsrətli misralar mənə o qədər təsir etmişdi ki, mən Səyyarə xanıma  "Mənə yaxın Səyyarə" adlı bir yazı həsr etmişdim. Təqdimatı keçirilən kitaba həmin yazını daxil etdiyi üçün müəllifə dərin təşəkkürümü bildirirəm.

Yazımı  Səyyarə xanıma ithaf etdiyim və dünənki tədbirdə səsləndirdiyim şeirlə tamamlayıram.

Zülmətdə işıqdır, nurdur, ziyadır,
Təpədən-dırnağa poeziyadır.
Şeir, nəğmə dolu şirin dünyadır
Mənə yaxın olan Səyyarə xanım!

Gözəl şeirlərlə yanıma gəlir,
Onu dinlədikcə ruhum dincəlir.
Demişəm özünə, çox yaxşı bilir
Mənə yaxın olan Səyyarə xanım.
Şairlik təbində, fitrətindədir,
Hər zaman söz demək qüdrətindədir.
İllərdir Göyçənin həsrətindədir
Mənə yaxın olan Səyyarə xanım.
Anlayıb dərdini, yanasıdır o,
Danko tək qəlbini yarasıdır o.
Qalib bir əsgərin anasıdır o-
Mənə yaxın olan Səyyarə xanım.

Yazarlar Birliyi olan bu yerdə,
Ürəyim fərəhlə dolan  bu yerdə,
Tapır xoşbəxtliyi sözdə, şeirdə
Mənə yaxın olan Səyyarə xanım.
Burdan bir addımdır vətənim Xızı,
Getmədim ömrümdə bir dəfə azı.
Utandım yanında, Göyçəli qızı,
Mənə yaxın olan Səyyarə xanım!
Deyirsən, bir uzaq Səyyarəsən sən,
Ruhumuz əkizdir, amma biləsən.
Gün olsun Göyçədə şeir deyəsən,
Mənə yaxın olan Səyyarə xanım!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri