Icma.az
close
up
RU
Köhnə dostlar Tərlanə Yaqubqızı yazır

Köhnə dostlar Tərlanə Yaqubqızı yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugün Beynəlxalq Kitab Bağışlama Günüdür.

Gözəl səslənir, elə deyilmi?

Anlayan adam üçün kitabdan qiymətli hədiyyə ola bilərmi?

Kitab insan zəkasın məhsuludur, kitab çapı dünyanın ən böyük və səmərəli ixtiralarından biridir.Ağlım kəsəndən evimizdə olan kitabları sevmişəm. Anamın oxuduğu boz rəngli "Çalıquşu" kitabı mənə uşaq oyuncaqlarından daha cazibəli görünürdü. Yaşım imkan verməsə də, hərdən o kitabı vərəqləyib höccələyə- höccələyə oxumağa çalışırdım. İllər sonra o romanı oxuyanda uzaqda qalmış uşaqlıq illərimi və həmin  kitaba olan qəribə marağımı xatırlamışam.

Kitablara sevgimi görən və özü də kitab həvəskarı olan  babam mənə uşaq ədəbiyyatına aid kitablar alırdı və mən o kitabları sevə- sevə oxuyurdum.

Məktəb illərində hələ ibtidai sinifdən həm evimizə, həm də məktəbimizə yaxın məsafədə yerləşən  Korolenko adına uşaq- gənclər kitabxanasına  üzv yazılmışdım. Oradan alıb oxuduğum kitabların adları və məzmunları indiyənə qədər yadımdadır və elə zaman olub ki, uşaqlıq və gənclik illərimdə oxuduqlarıma yenidən qayıtmışam. Çünki o kitabları oxuyanda sanki yenidən uşaqlaşıb, yenidən gəncləşirsən. Elə bil köhnə dostlarınla illər sonra yenidən görüşürsən. 

Bəlkə bir tərəfdən bəxtimiz gətirmişdi ki, hələ intetnet əsrinin gəlməyinə xeyli vardı və biz kitablardan dördəlii yapışmışdıq. Həm dərslərimizi oxuyurduq, həm bədii kitabları. Hətta istirahət və tətil günlərində boş vaxt tapan kimi  dörd bacı Səməd Vurğunun "Vaqif", C.Cabbarlının "Solğun çiçəklər" və başqa pyesləri rollara görə bölüb növbə ilə ucadan oxuyurduq. Elə ktablara olan sevgimiz mənim və Dilarə bacımın gələcəkdə kitabxanaçılıq ixtisasına yiyələnməyimizə təkan vermişdi.

Ötən əsrin doxsanlarında yaşayanlar  yaxşı xatırlayırlar ki, çox çətin vaxtlar idi. Müharibə, qaçqınlıq, ərzaq qıtlığı, inflyasiya... Bu çətin günlərdə yenə də "köhnə dostlar" köməyimə gəldi. Sumqayıtda birotaqlı mənzildə kirayədə qalırdıq. Evdə televizor yox idi, özümüzün də almağa pulumuz. Adətim idi, harada kirayə qalırdıq,  təcili oralarda kitabxana axtarıb tapırdım.  Şəhərin 11- ci mikrorayonunda yerləşən və yenə də xoşbəxtlikdən  köçdüyümüz binaya yaxın olan  kitabxanaya üzv olub oradan çanta dolu kitabları evə gətirir, azyaşlı övladlarıma oxuyurdum. Sonra çətin günlər arxada qaldı.Televizorlarımız da oldu, evlərimiz də. Amma bugünün özündə o kitabla keçən 
günlərimizi xoş xatirə kimi yada salırıq və babasının adını daşıyan sonbeşiyim Yaqub mənə deyir ki, sən bizə kitabları oxuduqca qardaşım Nicatla oradakı hadisələr kino lenti kimi gözümüzün qarşısında canlanırdı. İllər sonra Karlsonu, Buratinonu, Mauqlini,  Alisanı, Kozettanı və bir çox ədəbi qəhrəmanları ekranda görəndə təəcüblənmişdik ki, uşaq təxəyyülümüzdə də onları elə bu cür təsəvvür etmişdik.

Bugün Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbirə dəvət olunan məktəblilər də bu əlamətdar günü sevə-sevə xatırlayacaq, onlara ərmağan edilmiş kitabları ən qiymətli hədiyyə kimi dəyərləndirəcək, dost kimi sevəcəklər.

Mən kitabları əbəs yerə "dost" adlandırmadım. Dahi rus şairi A.S.Puşkin ölüm yatağında ikən həkimin " Hansı dostlarınızla görüşmək istəyərdiniz" sualına cavab olaraq, əli ilə otağında yerləşən kiabları göstərmişdi.

Həqiqətən də, insana düzgün yol göstərən,  yaşamaq eşqi verən, onu tənha qoymayan, çətin günlərində dayaq olan, gözünü və beynini nurlandıran  kitablar bizim əsl dostlarımızdır! 

Nə xoşbəxtəm ki hər gün bu  dostların arasındayam!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:368
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri