Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Hədiyyənin kəraməti Tərlanə Yaqubqızı yazır

Hədiyyənin kəraməti Tərlanə Yaqubqızı yazır

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər il 8 mart Beynəlxalq qadınlar günü gələndə yadıma uzaq uşaqlıq illərində baş vermiş bir əhvalat düşür. Bayram ərəfəsində heç kəsin əhval- ruhiyyəsini korlamaq istəməzdim. Amma 8 mart günündə bəzən  o qədər neqativ hallara şahid oluruq ki, Klara Setkin sağ olsaydı və baş verənləri görsəydi, yəqin ki, bu günün bayram kimi qeyd olunması sevdasından vaz keçərdi.

1976- cı il martın 7- si idi. Birinci sinifdə oxuyurdum. İlk müəllimimiz Almaz xanım xəstələndiyi üçün bir həftə olardı ki, məktəbə gəlmirdi. Onu başqa bir müəllim əvəz edirdi. Səhər ilk dərsimiz başlayan kimi həmin müəllim bizimlə salamlaşıb sinif jurnalında davamiyyətimizi yoxladı. Sonra üzünü bizə tutdu:

-Kimin valideyni mənim üçün hədiyyə göndəribsə, gətirsin stolumun üstünə qoysun.

Elə bil səhərdən uşaqlar bir himə bənd idilər.

Sinifdə bir canlanma yarandı ki, gəl görəsən. Uşaqlar hədiyyəni hamıdan birinci müəllimə vermək uğrunda sanki ölüm- dirim mübarizəsinə çıxmışdılar. Bir- birini itələyən, öz hədiyyəsini az qala müəllimin gözünə dürtmək istəyən uşaqların yarışı məndə müəllimin bayaq amiranə tərzdə dedikləri ilə bərabər dəli bir gülüş oyatmışdı. Özümü saxlaya bilmədim, pıqqıldayıb güldüm. Bu hərəkətim müəllimin gözündən qaçmadı. Məni lövhəyə çağırdı. Cəzamın ağır olacağını bilirdim. Dərsimiz ana dili olsa da qəsdən mənə riyaziyyatdan çətin bir misal verdi. Pərt olmuşdum, müəllimin bu haqsız hərəkətinə etiraz edə bilmirdim. Qəhər məni boğmuşdu. Müəllim mənim fikirləşməyimə də müsaidə etməyib danlağa keçdi:

- Gündəliyini gətir. İndi sənə yağlı bir "iki" verərəm, ağlın başına gələr, bilərsən dərsdə gülmək olmaz. Camaat anasına bayram təbriki olaraq "beş" aparanda, sən anana "iki" apararsan.

Birdən- birə sevimli Almaz müəllimi xatırlayıb kövrəldim. Gözlərim yaş dolu əyləşdiyim partaya yaxınlaşıb çantamdan gündəliyimi götürmək istədim. Elə bu zaman kitab- dəftərimin arasında kağıza bükülmüş bir bağlama gördüm. Bu, anamın müəllim üçün qoyduğu bayram hədiyyəsi idi. Ola bilər, səhər yuxulu olduğumdan məni hədiyyə barədə xəbərdar etsə də unutmuşdum. İndi hədiyyə, necə deyərlər, lap qanımın arasına girmişdi. Gündəliklə bərabər içərisində nə olduğunu bilmədiyim bağlamanı şəstlə müəllimə tərəf uzatdım. (O vaxtın hədiyyələri dəsmal, corab, ətir və s. olurdu).  Bu dəmdə sanki möcüzə baş verdi. Bayaqdan qaşqabağını turşudan  müəllim hədiyyəni görən kimi gülümsündü və məni tərif yağışına tutdu:

- Bayaqdan öz- özümə deyirəm ki, bu  qıza nə olub? Bir həftədir sizə dərs keçirəm, səni əlaçı şagird kimi tanıyıram. Bayram olduğu üçün sənə "əla" yazıram. Bayaq verdiyim misalı isə  hələ gələn həftə keçməliyik, unutmuşam.

Gündəlik əlimdə keçib yerimdə əyləşdim. Bugünkü dərs mənə çox şeyi öyrətdi. Öyrəndim ki, hədiyyə bağlı qapıları açarmış. Hədiyyə çox müşkülləri həll edərmiş. Bir sözlə, o gün hədiyyənin kəraməti mənə aydın oldu. Amma anamın çantama qoyduğu o hədiyyə mənim məktəb həyatımda ilk və son oldu. Elə yaxşı ki, dili ilə hədiyyə istəyən və hədiyyəyə görə " günahımı bağışlayan" o müəllim də tanıdığım ilk və son müəllimim oldu.

Sonralar əsl müəllim adı daşıyan qadın müəllimlərimə bayram günlərində verdiyim hədiyyə ancaq onlara həsr etdiyim şeirlər  oldu. Mənə ədəbiyyatı sevdirən, şeir yazmağa ruhlandıran, məktəb tədbirlərində aparıcı olmağıma dəstək olan Azərbaycan dili və ədəbiyyatı müəllimi Südabə Mahmudovanı bugün də sevə- sevə xatırlayıram. Mədəni- maarif kollecində bizə ədəbiyyatı tədris edən Rəhilə Qasımovaya, Klara Rzayevaya Allahdan qəni- qəni rəhmət diləyir,  Bakı Dövlət Universitetində bugün də çalışan sevimli müəllimlərim Nüşabə Sadıxlıya, Almaz Əliqızına və Xuraman Ağayevaya möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram.

Müəllim adını ləyaqətlə daşıyan, şagirdlərinin, tələbələrinin varlığını və uğurlarını ən dəyərli hədiyyə kimi qiymətləndirən gözü- könlü tox analarımızın, bacılarımızın, qızlarımızın, o cümlədən Ceyran və Kəmalə bacımın, Günel qızımın qarşısında  baş əyir, onları bayram münasibətilə təbrik edirəm. 

Amma  yeddi yaşımda başıma gələn o əhvalatı yəqin ki, ömrümün sonuna qədər unutmayacağam. Çünki ətrafımızda baş verən bəzi haqsızlıqları,  ayaqda olmağa layiq deyilkən hətta  başa keçirilənləri görəndə istər- istəməz hədiyyənin kəramətini xatırlayıram. Bütün bunlar mənə uşaq vaxtı həll edə bilmədiyim o misal kimi çox müşkül görünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:438
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri