Icma.az
close
up
RU
Göygöl rayonunda “Göygöl Brendi Konyak Günü” keçirilir FOTOLAR

Göygöl rayonunda “Göygöl Brendi Konyak Günü” keçirilir FOTOLAR

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Göygöl, 4 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında “Göygöl Brendi - Konyak Günü” tədbiri keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram çərçivəsində müxtəlif brenddə konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkaları təşkil olunub, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar keçirilir, həmçinin tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri və digər istirahət zonaları fəaliyyət göstərir.

Bu il “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə şəhərində keçirilən III MDB Oyunlarının iki idman növü üzrə yarışlar Göygöl şəhərində təşkil olunur. MDB oyunlarının keçirildiyi tarix ilə Brendi-Konyak Günlərinin keçiriləcəyi tarixin üst-üstə düşməsi Göygölə gələcək yerli və xarici qonaqlara xoş anlar yaşatmaqla yanaşı, yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına, bölgənin turizm və istehsal potensialının nümayişinə xidmət edəcək.

Qeyd edək ki, Azərbaycanda ilk konyak zavodunun təməli 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) "Forer qardaşları" tərəfindən qoyulub. 1895-ci ildə isə "Hummel qardaşları" tərəfindən Helenendorfda konyak zavodu açılıb.

Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri