Icma.az
close
up
RU
Göygöl rayonunda tədbir keçirilib FOTOLAR

Göygöl rayonunda tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Avqustun 11-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının 3 №-li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatında “Tarixi Vaşinqton görüşü: Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin müavini Zamir Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi Vaşinqton görüşündən bir il ötür. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
3 №-li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatının fəal üzvü İbrahim Heydərli çıxışında qeyd edib ki, Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən, ilk növbədə, həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi. Azərbaycan öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin tələblərini yerinə yetirdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.
Ərazi partiya təşkilatının üzvü Aysima Hüseynova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan qazandığı hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıc nöqtəsinə deyil, uzunmüddətli sülhün təməlinə çevirdi. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüldü. 2022-ci ildə Bakı gələcək sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini təqdim etdi. Ötən müddət Azərbaycanın irəli sürdüyü prinsiplərin faktiki olaraq sülh prosesinin siyasi çərçivəsinə çevrildiyini göstərdi. Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması isə bu istiqamətdə ən mühüm nəticələrdən biri oldu.
Tədbirdə çıxış edən YAP üzvü Şəhla İsmayılova vurğulayıb ki, bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın əsas müəllifi məhz ölkəmizdir. Prezident İlham Əliyevin qazanılmış Qələbənin davamlı regional sülh və əməkdaşlıq modelinə çevrilməsi üçün irəli sürdüyü təşəbbüs regionun gələcək siyasi arxitekturasını da dəyişir. Formalaşan yeni modelin əsasını isə dövlətlərin suverenliyinə hörmət, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təşkil edir
Yığıncaqda digər çıxış edən partiya fəalları bildiriblər ki, Vaşinqton görüşündən ötən bir ilin nəticələri əsas tendensiyanın artıq formalaşdığını göstərir. Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən uzaqlaşaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Ölkəmiz isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri olaraq çıxış edir. Bu baxımdan Vaşinqton Sammitindən ötən bir ili Azərbaycanın yaratdığı yeni reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar.
Sonra təşkilatı məsələyə baxılıb. Heydərli İbrahim Əfqan oğlu yekdil səslə 3 №-li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatının sədr müavini seçilib. Tədbir iştirakçıları yeni seçilən sədr müavininə fəaliyyətində uğurlar arzulayıb, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fəal və məsuliyyətli iş aparacaqlarına əmin olduqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri