Icma.az
close
up
RU
Göygöl rayonunda tədbir keçirilib

Göygöl rayonunda tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 5-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatında “Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Azərbaycan - Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin müavini Zamir Hüseynov bildirib ki, Azərbaycan Respublikası ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq, tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlığa, hətta indiki dövrdə müttəfiqlik səviyyəsinə yüksəlib: “Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Məhz bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri mühüm siyasi və geostrateji əhəmiyyət daşıyır”. 

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ceyhun Nəsibov çıxışında bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin bütün istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir. Vurğulanıb ki, dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti hərtərəfli təhlil olunması, gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatının sədri Ramin Abbasov qeyd edib ki, son illər Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və diplomatik çəkisinin bariz göstəricisidir. Qeyd edilib ki, Azərbaycan Respublikası bu gün təkcə regionun aparıcı dövləti kimi deyil, həm də qlobal miqyasda etibarlı söz sahibi, təşəbbüsləri dəstəklənən və əməkdaşlığı arzu olunan tərəfdaş kimi qəbul edilir. Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi də məhz bu uğurlu diplomatik xəttin məntiqi davamıdır.

Partiyanın gənc fəalı Nicat Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Müqavilənin imzalanması tarixi hadisədir, eyni zamanda Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır.

Ərazi partiya təşkilatının üzvü Şəlalə Əliyeva çıxışında bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri bir daha nümayiş etdirir ki, dövlətimizin başçısının həyata keçirdiyi milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Bildirilib ki, imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Müqavilənin iki dövlət arasında münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayacağına, siyasi dialoqu daha da intensivləşdirəcəyinə, iqtisadi əməkdaşlığı genişləndirəcəyinə, təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcəyinə şübhə yoxdur.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri