Icma.az
close
up
RU
Göygöldə II Moruq Festivalı keçiriləcək

Göygöldə II Moruq Festivalı keçiriləcək

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöl rayonunun təbii gözəllikləri ilə seçilən Keşkü kəndi avqustun 30–31-də növbəti dəfə qonaq axınına şahidlik edəcək. Ölkənin müxtəlif bölgələrindən gələcək ziyarətçilər burada təbiətin bəxş etdiyi ən dadlı nemətlərdən biri olan moruğun ətrini, dadını və ruhunu hiss edəcəklər. II Moruq Festivalı bu yay mövsümünün yadda qalan, rəngarəng və zəngin tədbirlərindən biri olmağa namizəddir.

Qeyd edək ki, ötən il keçirilmiş ilk Moruq Festivalı təkcə dadlı moruq məhsulları ilə deyil, həm də yüksək təşkilatçılıq səviyyəsi, mədəni proqramların zənginliyi və qonaqpərvərlik ənənələrinin parlaq nümayişi ilə yadda qaldı. Festival həm yerli icmaların sosial-iqtisadi fəallığını artırdı, həm də Göygölün turizm potensialının tanıdılması baxımından önəmli hadisəyə çevrildi.

Bu uğurun təməlində Göygöl Rayon İcra Hakimiyyətinin məqsədyönlü fəaliyyəti və rayon rəhbərliyinin təşəbbüskarlığı dayanır. Xüsusilə icra başçısı Elvin Paşayevin dəstəyi ilə bu layihə bir ideyadan gerçəkliyə çevrildi. Onun rəhbərliyi altında bölgədə kənd təsərrüfatı məhsullarının , xüsusilə də moruq kimi strateji məhsulların istehsal və tanıdılma sahəsində ardıcıl addımlar atılır, yerli istehsalçılar üçün yeni imkanlar yaradılır.

İki gün davam edəcək festival çərçivəsində moruqlu şirniyyatlar və təamların təqdimatı, yerli ustaların əl işləri yarmarkası, maraqlı sərgilər, musiqili proqramlar, rəqs nömrələri və idman yarışları təşkil olunacaq. Festivalda həm böyüklər, həm də uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər və açıq havada aktiv istirahət imkanları da yaradılacaq.

Belə tədbirlər təkcə əyləncə məqsədi daşımır. Onlar eyni zamanda regionların inkişafına, yerli icmaların fəallaşmasına, milli dəyərlərin, mədəni irsin və təbiətə bağlılığın gücləndirilməsinə xidmət edir. Göygöldə keçirilən Moruq Festivalı bu mənada bir nümunədir – həm təbiətin, həm zəhmətin, həm də insanların birliyi nəticəsində yaranan bayram ab-havasıdır.

Yay mövsümünün son günlərində Göygöldə baş tutacaq bu tədbir bir daha sübut edir ki, yerli səviyyədə görülən işlər, düzgün təşəbbüs və peşəkar təşkilatçılıqla böyük nəticələrə nail olmaq mümkündür. Moruq Festivalı, həmçinin Göygölün “dadını” və ruhunu hiss etmək istəyən hər kəs üçün açıq bir dəvət kimidir – ləzzətə, təbiətə və birliyə doğru.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl rayonu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri