Icma.az
close
up
RU
Göyqurdlar azarkeş qrupu milli ilə bağlı bəyanat yaydı

Göyqurdlar azarkeş qrupu milli ilə bağlı bəyanat yaydı

Icma.az bildirir, Operativmedia portalına istinadən.

"Operativ Media" xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

“Əziz Azərbaycan azarkeşləri,

Milli komandamızın son rəsmi oyunlardakı qələbəsindən artıq 1 il ötüb (16.11.2023 Azərbaycan 3:0 İsveç). 2 gün əvvəl (19.11.2024) İsveçə qarşı əldə olunan 0:6-lıq rüsvayedici məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. 0:6-lıq oyuna baxdıqdan sonra oyunçuların meydançada döyüşmədiyini gördük. Bu da o deməkdir ki, onlar artıq arxayanlaşıblar və meydançada tam potensiallarını ortaya qoymurlar. Bu arxayınlıq hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd qılır. Yaxşı və pis gündə də daim dəstək olmağımıza rəğmən milli futbolçularımız ve AFFA bəzən etiraz və tələblərimizi qulaq ardına vurdular. Milli komandanın illərdir boş qalan tribunaları yalnız onların işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar. Hamısı matç sonrası duşlarını qəbul edərək evlərinə rahat şəkildə getdilər və qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar. Ancaq artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq. Siz qələbələri sıralayana kimi heç kimə rahat yoxdur. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik. Hər məğlubiyyət sonrası meydançadan qaçıb getmək yoxdur, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımız eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də !

Tələblər:

•⁠ ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması

•⁠ ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması

•⁠ ⁠Uyğunsuz(Bacarıqsız) milliləşdirilmiş futbolçuların mərhələləli şəkildə göndərilməsi

•⁠ ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür.

•⁠ ⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər.

İdarə heyəti”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 21 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri