Icma.az
close
up
RU
Göz skanları qocalma və ürək xəstəliyi riskini göstərə bilər ARAŞDIRMA

Göz skanları qocalma və ürək xəstəliyi riskini göstərə bilər ARAŞDIRMA

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Kanadanın McMaster Universiteti və Əhali Sağlamlığı Tədqiqat İnstitutunun (PHRI) alimləri müəyyən ediblər ki, göz dibindəki (retina) kiçik qan damarları insanın bioloji yaşlanma sürəti və ürək xəstəliyi riski barədə mühüm məlumatlar verə bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, retina skanları gələcəkdə bədənin damar sağlamlığına və qocalma prosesinə dair qeyri-invaziv, yəni ağrısız və asan bir diaqnostika üsulu kimi istifadə oluna bilər.

Tədqiqatın rəhbəri, McMaster Universitetinin dosenti Mari Pigeyre bildirib ki, retina skanlarını genetika və qan biomarkerləri ilə birləşdirmək yaşlanmanın damar sisteminə təsirini daha yaxşı anlamağa imkan verir.

Alimlər Kanadadan, Böyük Britaniyadan və digər ölkələrdən olan 74 mindən çox iştirakçının retina şəkillərini, genetik və qan analizlərini müqayisə ediblər. Nəticədə, daha az budaqlanmış və sadə quruluşlu damarları olan şəxslərdə ürək-damar xəstəliklərinin daha çox rast gəlindiyi, həmçinin bu insanların bioloji olaraq daha sürətli qocaldığı aşkar olunub. Tədqiqatçılar iki xüsusi zülalı — MMP12 və IgG-Fc reseptor IIb-ni damar qocalması və iltihabla əlaqələndiriblər. Bu zülallar gələcəkdə ürək xəstəliklərinin qarşısını almaq və ömrü uzatmaq üçün yeni dərmanların hazırlanmasında mühüm hədəf ola bilər. Alimlər ümid edirlər ki, gələcəkdə sadə bir göz skanı insanın ürək və damar sağlamlığı haqqında ilkin məlumat vermək üçün kifayət edəcək. Bununla belə, hazırda bu üsulun klinik tətbiqi üçün daha çox araşdırmaya ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri