Diş əti xəstəliyi diabet riskini artıra bilər ARAŞDIRMA
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər.
Milli.Az xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci tip diabet arasında əlaqə olduğu müəyyənləşdirilib.
Portuqaliyadakı Egas Moniz Sağlamlıq və Elm Məktəbindən Joao Botelho rəhbərliyindəki beynəlxalq tədqiqat qrupu 16 ölkədə aparılmış 28 uzunmüddətli araşdırmanı təhlil edib.
Təxminən 29 min insanın 5-20 il ərzində izlənildiyi altı araşdırmanın nəticələrinə görə, ilkin mərhələdə periodontitdən əziyyət çəkən şəxslərin sonrakı illərdə 2-ci tip diabetə tutulma ehtimalı xəstəliyi olmayanlarla müqayisədə 18-25 faiz daha yüksək olub.
Bütün dişlərini itirmiş şəxslərdə isə sonradan 2-ci tip diabet diaqnozu alma ehtimalının 30 faiz daha çox olduğu müəyyən edilib.
Araşdırmada diabetin də ağız sağlamlığına təsir etdiyi müəyyənləşdirilib. Belə ki, diabetlə yaşayan insanların sonrakı illərdə periodontit inkişaf etdirmə və diş itkisi yaşama ehtimalı daha yüksək olub.
Mütəxəssislər bunun mümkün səbəblərindən birinin ağız boşluğunda davamlı iltihablanma olduğunu bildirirlər. Diş ətindəki iltihab nəticəsində yaranan bakteriya və iltihab molekulları qan dövranına keçərək orqanizmin digər nahiyələrində də iltihablanmaya səbəb ola bilər. Bunun isə insulin müqavimətinin yaranmasına təsir göstərə biləcəyi qeyd olunur.
Digər tərəfdən, qanda şəkərin yüksək olması sağalma prosesini zəiflədir və orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini aşağı salır. Bu da diabet xəstələrini diş əti xəstəliklərinə daha həssas edir.
Mütəxəssislər qızarmış, şişmiş, çəkilmiş və ya tez-tez qanayan diş əti müşahidə edən şəxslərə diş həkiminə müraciət etməyi tövsiyə edirlər.
Araşdırma müəllifləri isə ağız sağlamlığı ilə diabetə qarşı mübarizənin səhiyyə sistemlərində daha sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Avqust 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















