Icma.az
close
up
RU
Gözdə qaşınma, sulanma nəyin əlamətidir? HƏKİM XƏBƏRDARLIĞI

Gözdə qaşınma, sulanma nəyin əlamətidir? HƏKİM XƏBƏRDARLIĞI

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mövsümi allergik konyuktivitər yaz aylarında daha çox aktivləşir. Bu problemə xüsusilə uşaqlarda geniş rast gəlinir.

Mövsümi allergik konyuktivitləri olan xəstələr daha çox allergik statuslu xəstələrdir. Bu xəstələrdə daha çox allergik rinit müşahidə olunur.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, oftalmoloq-cərrah Humay Bayramova APA TV-nin "Öncə sağlıq” proqramında deyib ki, mövsümü allergik konyuktivitlər bakterial və virus mənşəli konyuktivitlərə nisbətən fərqli gedişata malik olur: "Bu xəstəliyi daha çox qaşınma, sulanma, gözdən yaş axma kimi yüngül bir hal kimi qələmə verənlər çoxdur. Əslində isə belə deyil. Allergik konyuktivitlər vaxtında müalicə olunmasa, düzgün taktika seçilməsə, daha ağır nəticələrə səbəb ola bilər.

Əgər qaşınma, gözdən yaş axma, yad cisim hissiyyatı, bəzi hallarda işıqdan qorxma kimi əlamətlər hiss olunursa, mütləq həkimə müraciət olunmalıdır”.

Mütəxəssis deyib ki, adətən mövsümi allergik konyuktivitlər 20 yaşa qədər davam edir, bir çox hallarda bu yaşdan sonra səngimə müşahidə olunur.

H. Bayramova konyuktivitlərin müalicəsi haqda danışıb, istifadə edilən steroid damcılar haqda tövsiyələr də verib: "Bir dəfə həkim qəbulunda olurlar, həkimin təyin etdiyi damcını istifadə edib, yaxşı nəticələr əldə edirlər. Xəstəlik növbəti dəfə təkrarlanarsa, həkimə müraciət etmədən müalicəyə yenidən davam edirlər. Yaxud il ərzində steroid damcını istifadə edirlər. Bu isə ağır fəsadlara səbəb olur, xüsusilə uşaqlarda steroid qlaukomasına səbəb ola bilər. Ona görə valideynlərə müraciət edirəm, daha diqqətli olsunlar və eyni müalicəni təkrarlamasınlar".

Həkim deyib ki, bəzən allergik konyuktivitlə başlanan xəstəlik bakterial konyuktivit kimi davam edir. O həmçinin bildirib ki, allergik statuslu xəstələrdə kosmetikaya qarşı həssaslığa daha çox rast gəlinir.

Oftalmoloqun sözlərinə görə, Günəş də gözlərdə allergik reaksiya yarada bilir: "Bunu daha çox oğlan uşaqlarında müşahidə edirik". Həkim-oftalmoloq Günəş allergiyasından qorunmaq üçün göz eynəklərinin istifadəsinin vacibliyi barədə də danışıb.

H. Bayramovanın sözlərinə görə, kontakt linzalardan istifadə edənlərdə də allergik konyuktivit müşahidə etmək mümkündür: "Kontakt linzalar allergik reaksiyalar yarada bilir. Belə hallarda ilk növbədə kontakt linzanın istifadəsini dayandırmaq lazımdır”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri