Icma.az
close
up
RU
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?

Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanların bir çoxu fəsildən asılı olmayaraq dodaq quruluğundan əziyyət çəkirlər. Belə hallarda bəzən qızartı, çatlar da müşahidə edilir.

Dodaqlarda bu problemlər nədən yarana bilər?

Saglamolun.az. e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərli dodaqda quruluq səbəbi ilə həkimə müraciət edən dəri xəstələrin sayının olduqça  çox olduğunu bildirib. Onun sözlərinə görə, müraciət edən xəstələrdə adətən dodaqlarda qabıqlanma və qaşıntı əlamətləri, bəzilərində əlavə olaraq dodaqlarda qızartı şikayətləri də olur. Dodaq kənarlarında ağrılı çatlar quru dodaq problemi ilə üst-üstə düşə bilər. Belə xəstələrdə qidalanma zamanı dodaqlarda ağrı, yanma və göynəmə fonunda ümumi diskomfort hissinin yaranması mümkündür.

Həkim vurğulayıb ki, dodaqların quruluğu bir çox ekzogen və endogen səbəbdən yarana bilər. Ekzogen səbəblər dedikdə daxili orqan və sistemlərin patologiyaları fonunda dodaq xəstəlikləri nəzərdə tutulur. Buraya gastroenteroloji, endokrinoloji, revmatoloji, onkoloji, psixiatrik, nevroloji və digər xəstəlikləri aid etmək olar.

Həkim şübhə etdiyi təqdirdə bu cür sistem müayinələrini başlada bilər.

Mütəxəssis qeyd edib ki, dodaqda quruluq səbəbi həm də ekzogen faktorlara bağlı ola bilər. Havada quraqlıq, Günəşin ultrabənövşəyi şüaları, küləkli hava, soyuq hava, mexanki təkrarlanan travmalar və s. aiddir.

Ekzogen səbəblərin çox olduğunu deyən dermatoloq, bildirib ki, bəzi dəri xəstəlikləri birbaşa quru dodaq problemi yarada bilər. Onun sözlərinə görə, ümumiyyətlə, dodaq xəstəlikləri bir çox hallarda dodaqlarla məhdudlaşır.

M.İskəndərli, dodaqların quruması problemi ilə bərabər dodaqlarda şişmə, irinləmə, eroziv yaralar, axıntı şikayətlərinin olduğunu da bildirib və qeyd edib ki, əgər bu əlamətlər yoxdursa o zaman dodaq qurumasının daha bəsit səbəblərdən meydana gəldiyini düşünmək olar.

Dermatoloq bildirib ki, dodaqda quruluq səbəbi nə olursa olsun bu problemin çarəsi var. Səbəb tapıldıqdan sonra hətta dodaq quruluğunun tam müalicəsi belə mümkündür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri