Gözdən itən mütəxəssis Premyer Liqa klublarının görməzdən gəldiyi Samir Əliyev
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Premyer Liqada baş məşqçi kimi ilk iş yeri "Neftçi" olmuşdu. Çox çəkməmişdi, hardasa yarım il. Lakin nəsə görünmüşdü onun işində. Parlaq deyildi, amma işartılar dəqiq ki var idi.
Sonra "Səbail"də baş məşqçi postunu tutdu. Premyer Liqanın debütantını bir mövsüm çalışdırdı. Kiçik büdcəli klubla sonuncu olmadı. Üstəlik, məşqçi işi də nəzərə çarpdı. Sonra rəhbərlik əl dəyişdi, Samir Əliyevi də başqa məşqçiyə dəyişdilər.
Növbəti dayanacağı U-21 millimiz oldu. Çox sevindim. AFFA-nın əvvəlki idarəçisi Elxan Məmmədovun sanki əcnəbi məşqçilər üçün qazanc yeri kimi baxdığı yığmada nəhayət ki yerli mütəxəssis çalışacaqdı. Özü də Premyer Liqa təcrübəsi olan. Lakin Əliyev də uğurlu ola bilmədi. Belə baxanda neyləyəsiydi ki... İllər boyu qalaq-qalaq yığılan problemləri bir toxunuşla çözmək üçün bəlkə sehirli çubuq da yetərli deyildi.
U-21 millisindən iki ildən çoxdur ayrılsa da, Samir Əliyevin səsi-sorağı gəlmir. Premyer Liqada bu qədər məşqçi dəyişiklikləri olur, namizədlər siyahısı açıqlanır, amma Samir Əliyevin adını tutan yoxdur. Qəribədir, niyə? PRO kateqoriyası var, Premyer Liqada iş təcrübəsinə malikdir, harda çalışıbsa imkanlara uyğun iş qoyub ortaya. Adı heç vaxt həlləm-qəlləm işlərdə də hallanmayıb ki, kimsə ondan uzaq qaçsın. Belə bir məşqçinin görməzdən gəlinməsi təəssüf və təəccüb hissi doğurur.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















