Icma.az
close
up
RU
Gözdən yaş, dildən söz çıxarmıürək yanmasa? Gülyaz Əliyeva

Gözdən yaş, dildən söz çıxarmıürək yanmasa? Gülyaz Əliyeva

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Gülyaz Əliyevanın "Gözdən yaş, dildən söz çıxarmı ürək yanmasa?" adlı yazısını təqdim edir.

“Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun: yəqin mühərririn düşməni dostundan çox olur. Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil. Camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp”.

Ə. Haqverdiyev

“Sizi deyib gəlmişəm” deyən ədib xalqını çox sevirdi. O dərəcədə çox sevirdi ki, qəhrəmanlarını xalqın içərisindən – həyatın lap dibinə enib oradan, kiçik adamların içindən seçirdi. Gözünü açanda qaranlıq gördüyü dünyanı aydınlatmaq idi ümdə arzusu. Hamının kiçik bildiyi adamlar əslində onun gözündə qəlbində böyük ağrılar daşıyan, bir qədər avam, amma saf, təmiz, böyük insanlar idilər. O, ədəbiyyatı xalqa yaxınlaşdırdı. Onun təsvir etdiyi kiçik adamın ədəbiyyata gəlişi ədəbiyyatı dəyişdi, səmtini, yönünü xalqa tərəf daha da yaxınlaşdırdı. Sadəlik, aydınlıq, real həyata bağlılıq, xəlqilik, canlı, xalq danışıq dilində yazmaq onun yaradıcılığının əsasını təşkil edirdi. Onun xalqa ünvanlanan tənqidi sadəcə tənqid deyildi, ürək yanğısı idi, göz yaşları içində qəhqəhə idi.

Siz heç ağlaya-ağlaya, gözləri qan-yaş içində gülən adam görmüsünüzmü? Mən görmüşəm. Bu o idi! O, qəhrəmanlarına yaxşı bələd idi. Onun Novruzəliyə canı yanırdı, Zeynəbin halına ürəyinin başı göynəyirdi, Vəliqulunun nadanlığı, danabaşlığı bağrını dəlirdi. Hüquqsuz, çadra dustağı olub həbsxanaya pəncərəsi olduğu üçün həsrətlə baxan qadınlara baxanda onun da ürəyi dərddən partlayırdı. Qurbanəliyə qəzəbi tuturdu. Nadanlıq, cəhalət onu çox yandırırdı. Əlidəyənəkli Xudayar bəylərin xalqa tutduğu divana dözə bilmirdi. Qələmini qırmanc edib Xudayarları, Qurbanəli bəyləri, Zırramaları döyəcləyirdi. İtqapanlılara, başıqapazlılara, danabaşlılara yazığı gəirdi. Onları ayıltmaq istəyirdi. O da sanki "Molla Nəsrəddin" jurnalında təsviri verilmiş yarıyuxulu, yarıoyaq, yarı əsnəyən, yarı gərnəşən həmvəyənlərini oyatmağa çalışan Molla Nəsrəddinin özü idi.

O, xalqı bu cəhalətdən qurtarmaq üçün yollar axtarırdı. O bu yolu tapdı: xalqın sevdiyi, söz-söhbətini dillər əzbəri edib danışdığı Molla Nəsrəddin adında məcmuə çıxarmaq və cəhalətdə olan xalqı bu yolla ayıltmaq, güldürə-güldürə, düşündürə-düşündürə, ağlada-ağlada ayıltmaq. O, cəhalətin xalqı hara aparacağını yaxşı bilirdi. Onun tənqidi ürək ağrısından, göz yaşından yoğrulmuş bir tənqid idi. Bu ona bənzəyir ki, yaxın bir adamının uçuruma doğru getdiyini görəsən, amma onun qarşısını ala bilməyəsən. Yanlış atılan hər addım səni səndən edir, lakin qarşıda uçurum olduğunu bilməyənə bunu heç cür anlada bilmirsən, o sənin gördüyünü görmür, sən onu sevirsən, pisliyini istəmirsən, amma o səni anlamır və dayanmadan uçuruma doğru gedir. Sənin sözlərinə əhəmiyyət vermədən gedir… O, xalqı üz tutub getdiyi uçurumdan qorumaq istəyirdi. Xalqa qarşı laqeyd olsan, bu səni yandırmaz! Amma sən bu ağrıya dözə bilmirsən, bu səni dəli edir. Kefli İsgəndərə dönürsən. Onun dərdi, kədəri xalqın görmədiklərini görmək dərdi, anlamaq dərdi idi. Xalqının dərdinə yanmasaydı, özü də bu odda yanardımı?! Laqeyd olsa, can yanğısı olmasa, o da güldən-bülbüldən yazardı, özünü tənələr, mərhumiyyətlər məngənəsində sıxmazdı. O isə bütün bunların hamısına sinə gərdi, dözdü, tutduğu yoldan dönmədi. Can yandırdığı xalqdan ona dəyən təpiklər başqasına dəysəydi, çoxdan bu yoldan dönər, xalqdan üz çevirərdi. Onun yazdıqları pak vicdanının harayı, hayqırtısı idi.

Xalqa olan sevginin nəticəsi idi ki, onun azadlığı, rifahı, savadlanması uğrunda əlindən gələni əsirgəmirdi. Zəhrabəyim ananın balalarının arasında qalmasına bənzəyirdi onun halı… Sevdiyi xalqını bir araya gətirə bilmirdi, hərəsi bir dildə danışırdı, oxumuşunun dərdi bir başqa, savadsızının dərdi bir başqa, “uçitel”inin dərdi də bir başqa idi onun qəlbində. O, xalqa bağlı olduğu, yaxın olduğu üçün onun dilində yazırdı, sadə dillə mürəkkəb mətləbləri çatdırırdı. O dərəcədə sadə yazırdı ki, yazma-oxuma bilməyənlər də onun yazdıqlarını samovar alışığı edə-edə axırda nə isə anladılar, nə isə başa düşdülər. O dərəcədə sadə yazırdı ki, onunla yolları bir olsa da, rəqabətdə olanlara hətta “o, sadə yazır, amma çox yaxşı yazır”,- dedirdə bildi. O bu xalqın başıqapazlı, danabaş olmasını istəmirdi. O istəmirdi ki, xalqını it qapsın, yolunu zırrama kəssin. O, xalqının Novruzəli, Məhəmmədhəsən əmi, Xudayar bəy, Qurbanəli bəy, Pirverdi, Rüstəm bəy, Məhəmmədəli, Səməd Vahid olmasını istəmirdi. Canı yanırdı, xalqın ayılmasını istəyir, haqqının tapdanmasına göz yuma bilmirdi. Bunları gördükcə yanan qəlbinin tüstüsü başından çıxırdı.

O, soydaşlarını bir günəşin – azad Azərbaycan ətrafında bir olaraq, ondan qopmadan, ətrafında dolanmasını istəyirdi. Vətən dərdi onun ən ümdə dərdi idi. Ona görə də “Ax, yazıq vətən! Bəs sən haradasan, ay biçarə Vətən?!”, “Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?”, “Gəlin, gəlin, mənə bir yol göstərin!”, nəhayət, “Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!”- haray çəkirdi. O, bütün bunları ürək qanı ilə, göz yaşı işərisində, gülərək yazırdı. Ona görə onun əsərləri tragikomediya idi. Yazdıqlarından aydın görünür ki, o, mənsub olduğu xalqa – onun yaşayışına, düşüncəsinə, ağrı-acısına, dilinə dərindən bələddir və incə müşahidə qabiliyyəti var. Gərək xalqını nə qədər sevəsən və bu dərəcədə yaxından tanıya biləsən ki, onun dilini də bu qədər gözəl biləsən. O bu dünyaya qəm pəncərəsindən baxırdı. O, bütün əsərlərini xalqı üçün yazdı, ədəbiyyatı xalqa daha da yaxınlaşdırdı və milli koloritini artırdı.

O, yaxşı bilirdi ki, yalnız həqiqəti yazdığı, xalqın tərəfini tutduğu üçün düşməni dostundan çox olacaq. Düşməndən – qaragüruhdan qorxmadı, onların xoşuna gələnləri yazmadı, axundlara, bəylərə, xanlara yaltaqlıq etmədi. Milyonlarla əzilənin haqqını deyil, sərvəti olanların tərəfini tutanların qiyməti onun gözündə bir qara pul idi – o da qəlp.

Odur ki, heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazdı və yazdığı “kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb”, gələcək nəslə göndərmək üçün verdi Novruzəliyə ki, onu salsın poçta və düşüncələri, fikirləri gəlib çatsın, biz də yazıçının ürəyinin qanı ilə yazdıqlarını oxuyaq, tanış olaq. Cəhaləti, avamlığı, mövhumatı qamçılayan, heydən salan yazıçının ürəyinin qopardığı bu haraya yatanlar ayıldı. Bir çoxları isə tam ayılmasa da, ən azından yuxusu qaçdı, gərnəşdi, sağ böyrü üstündən çevrilin sol böyrü üstə keçdi! Ona qədər kim öz fikirlərini bu sadəlikdə, bu aydınlıqda, bu səmimilikdə ifadə edə, xalqa çatdıra bilmişdi? Onun sadə adamları əslində böyük adamlar idi və bizə çox mətləblər qandırdılar. Onun xalqının halına ürəyi yanmasa idi, yazmazdı. O buna görə böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı təkcə milli deyil, həm də böyük ümumbəşəri dəyərlərin daşıyıcısıdır. O, hətta xalqının çatışmayan cəhətlərini tənqid edərkən də onu yanğı ilə, islah etmək naminə tənqid edir, göz yaşı axıda-axıda yazırdı!

Doğrudan da, ürək yanmasa gözdən yaş çxmaz, ürək yanmasa, xalqın dərd-sərini bu dərəcədə dəqiqliklə müşahidə edib, bu cür sadə və yanğılı bir dillə - öz dilində ifadə etmək olmaz...

7 aprel onun – Cəlil Məmmədquluzadənin redaktoru olduğu "Molla Nəsrəddin" jurnalının çap olunduğu gündür. O "Molla Nəsrəddin"in ki sözün əsl mənasında xalq jurnalı, sadə və zəhmətkeş insanların pənahı, arxası idi. O, mollanəsrəddinçilik adı alan mübariz, mütərəqqi fikir cərəyanı idi.

Xalqa "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" kimi sadə, səmimi müraciətlə başlayan “Molla Nəsrəddin" oxucuların diqqət və etibarını, hər şeydən əvvəl, öz dilinin anlaşıqlı olması ilə qazanmışdı. Mollanəsrəddinçilərin qənaəti bu idi ki, "yazı yazmağın ən birinci qanunu" hamının asan və tez başa düşə bilcəyi bir dildə yazmaqdır. Vətən yolunda, el yolunda səy və qeyrət göstərməkdir, qoca Molla Nəsrəddin kimi haqq və həqiqəti dost tutmaqdır.

1906-cı ildə Ə.Haqverdiyev Mirzə Cəlillə Molla Nəsrəddinin məqsədi, məsləki, dili haqqında etdiyi söhbəti, Molla əminin ona dediklərini xatırlayaraq yazırdı: “Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun: yəqin mühərririn düşməni dostundan çox olur. Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil. Camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən qorxmayıb, həqiqəti yazacağam!"

Bu həqiqətpərəstlik, doğruçu olmaq, bu cəsarət və qorxmazlıq Sabirdə, Əli Nəzmidə, Ömər Faiqdə, Ordubadidə, Qəmküsarda da vardır. Sabir "Deyərəm həcv, sözüm doğru, kəlamım şirin" deyirdi. Akademik Əziz Mirəhmədovun dediyi kimi: "Həqiqətən, mollanəsrəddinçilərin dilində acı tənqidlə doğru söz, şirin ifadə birləşmişdi. Onların ata-baba müdrikliyi, ata-baba kişiliyi, ata-baba nəcibliyi ilə yoğrulmuş satirik gülüşündə Bəhlul Danəndələrin, Molla əmilərin ruhu və nəfəsi yaşayırdı. Jurnalı milyonlarla adamlara doğmalaşdıran səbəblərdən biri bu idi".

“Molla Nəsrəddin” xalqın öz dilində, ürək yanğısı ilə yazdı, güldürə-güldürə ağlatdı, ağlada-ağlada güldürdü, düşündürdü, ürəklərə təsir etdi.

M.Müşfiq demişkən:

Yazmazdı, ürəyi xalqı anmasa,

Xalqın eşqi ilə alovlanmasa.

El kəsib qarşısın burdaca sordu:

"Gözdən yaş çıxarmı ürək yanmasa?"

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib Onlara hansı vəzifələr vəd olunur? - Yazıçıları alçaldanların məqsədi "Bir qəribə adam haqqında hekayə" - Elçin
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see205

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see126

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri