Icma.az
close
up
RU
Sanki hər kəs öz ana dilinin qaydalarını pozmaqda yarışa girib Gülyaz Əliyeva

Sanki hər kəs öz ana dilinin qaydalarını pozmaqda yarışa girib Gülyaz Əliyeva

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Dil hər bir xalqın milli kimliyinin və dövlətçiliyinin ən vacib atributlarından biridir. Dili olmayan xalq məhvə məhkumdur. Azərbaycan xalqı isə çox qədim və zəngin dilə malikdir; bu dilin fonetik, leksik və qrammatik quruluşu mükəmməldir və sabitləşmiş normaları var. Lakin maraqlıdır ki, biz bu gözəl, musiqili, ahəngdar dilin qədrini nə dərəcədə bilirik?

Redaktor.az xəbər verir ki, bu barədə Filoliji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın "ana dilimizdəki problemlərin, dil pozuntularının əsas səbəbi orta məktəbdə tədrisdir" fikrinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində dəfələrlə dil haqqında sərəncamlar verilib, qanunlar qəbul edilib, amma təəssüf ki, bu günə qədər Azərbaycan dilinin qayda-qanunları müxtəlif sahələrdə ciddi şəkildə pozulub:

"Təəssüflə qeyd etməliyik ki, bu pozuntular nə yalnız televiziyada, nə də şəhərin küçə və meydanlarında rast gəlinən obyekt və müəssisələrin adlarında, nə də dərsliklərdə və mətbuat səhifələrində bu qədər geniş yayılmışdı. Müstəqillik dövründə dilin pozulması heç vaxt bu qədər geniş vüsət almamışdı. Sanki hər kəs öz ana dilinin qaydalarını pozmaqda yarışa girib".

Filoloq öz fikirini professor Buludxan Xəlilovun bir fikri ilə aydınlaşdırdı:

"“Dil bir qəsr, abidə deyil ki, onu qoruyasan. Dilin keşiyində dayanmaq üçün düzgün danışmaq lazımdır”. Yəni şifahi dildə danışanlar şifahi dilin, yazılı dildə danışanlar isə yazılı dilin qayda-qanunlarına riayət etməlidir. Bəs biz buna nə dərəcədə əməl edirik? Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın sözlərinə görə, ana dilimizdəki problemlər yalnız orta məktəbdəki tədrisin səhvlərindən qaynaqlanır. Tədrisin düzgün aparılmaması şübhəsiz ki, bu problemlərə səbəb olur, amma dilin pozulması məktəbdən əvvəl də başlayır. Uşaqlar məktəbə gəlməmişdən əvvəl, cəmiyyətin müxtəlif sahələrində dil pozuntuları ilə qarşılaşırlar və nəticədə bu, onların danışıq və yazı bacarıqlarını da təsir edir. Ən acınacaqlısı isə odur ki, orta məktəb bu məsələnin yalnız bir hissəni təşkil edir, amma dilin pozulmasında ən böyük rol mətbuatın, xüsusən də televiziya və radio kanallarının üzərinə düşür. Çünki bu sahələr xüsusilə şifahi dildə dil normalarının pozulmasında önəmli rol oynayır. Məsələn, uşaqlar daha çox televiziya və telefon vasitəsilə əyləncəli verilişlər izləyir, lakin bu proqramlar əksər hallarda düzgün Azərbaycan dilində olmur".

Müsahibimizin fikrincə, ana dilimizi qorumaq və gələcək nəsillərə düzgün öyrətmək üçün Azərbaycan dilində çox keyfiyyətli, öyrədici və əyləncəli proqramlara ehtiyac var:

"Bir misal olaraq, metroda “zibil” sözünün “çöp” ilə əvəzlənməsi məsələsini göstərə bilərik. Bu dəyişiklik bir çox uşağın və gəncin dilində “çöp” sözünün “zibil” mənasında işlədilməsinə gətirib çıxarıb. Halbuki Azərbaycan dilində “çöp” sözü heç vaxt “zibil” mənasında işlənməyib. Bu tip dil pozuntuları hər yerdə rast gəlinir, amma bu da yalnız bir nümunədir. Bundan başqa, bəzi şair və yazıçıların dilindəki süni modernləşmə də dilin təbii axarını pozur. Onlar əcnəbi sözləri nitqlərinə daxil edərək Azərbaycan dilinin daxili imkanlarını zəiflədirlər. Şairlər və yazıçılar dilin inkişafında ən böyük rolu oynayan şəxslər olmalıdılar, amma bu gün onların çoxu dilin zənginləşdirilməsi əvəzinə onu pozan tendensiyaları yaymaqdadır. Orta məktəbdəki tədris məsələsinə gəldikdə isə, dərsliklərdəki problemlərdən və şagirdlərin yazı işlərinə olan qeyri-kafi diqqətdən də bəhs etmək lazımdır. Sovet dövründə olduğu kimi, yazı işlərinə daha çox vaxt ayrılmalı və yazıların yoxlanması üçün əlavə stimullar verilməlidir. O zaman şagirdlər yazılarına daha çox diqqət yetirərdi. Əgər şagirdin dil biliyi mükəmməl olsa da, onun qarşısında hələ də ən böyük problem elmi ədəbiyyatın çatışmazlığıdır. Çox zaman tələbələr öz ana dilində dərsliklər və elmi mənbələr tapa bilmir, buna görə də rusca və ya türk dilində oxumağa məcbur olurlar. Bu da onların dilinə mənfi təsir göstərir və nəticədə Azərbaycan dili məişət səviyyəsinə enir".

Filoloq problemə həll yolları təklif edərkən qeyd etdi ki, öncə orta məktəbdə yazı işlərinə xüsusi diqqət yetirilməli, məktəblərdə dilə və yazıya verilən əhəmiyyət əvvəlki dövrlərdə olduğu kimi artırılmalıdır.

"Eyni zamanda, reklam lövhələrinə və küçə yazılarına ciddi nəzarət edilməli, bütün yazılar Azərbaycan dilində olmalıdır. Bu yazılar iri hərflərlə Azərbaycan dilində verilməli, əcnəbi dil yalnız lazım gəldikdə istifadə olunmalıdır. Ən vacibi isə Azərbaycan dilində elmi ədəbiyyatın tərcümə olunmasıdır. Bu, dilimizin zənginləşdirilməsi və qorunması üçün atılacaq ən mühüm addımlardan biri olardı. Əks halda, Azərbaycan dili məişət səviyyəsinə enməyə davam edəcək. Qısacası, dilin qorunması və inkişafı üçün yalnız orta məktəb və ya tədris sistemi ilə kifayətlənmək yetərli deyil. Cəmiyyətin bütün sahələrində dilin düzgün istifadəsinə diqqət yetirilməli, hər birimiz ana dilimizi qorumaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq üçün məsuliyyət daşımalıyıq", - deyə Gülyaz Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see177

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see142

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see133

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see133

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see123

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see122

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri