Icma.az
close
up
RU
Gözəl Kəlbəcər, Günün mübarək!

Gözəl Kəlbəcər, Günün mübarək!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu gün qalib Azərbaycanda işğaldan azad edilmiş ərazilər üzrə daha bir şəhər günü qeyd edilir. Ölkəmizin dilbər guşələrindən biri olan Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilib - üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq döyüşsüz Azərbaycana təhvil verilib. Həmin gün də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kəlbəcər  Şəhər Günü kimi qeyd edilir.

İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri ölkəmizin həyatına böyük zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra daxil olub. Prezident İlham Əliyevin əsas memarı olduğu həmin qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini təşkil edir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də tarixi zəfərlərimizin ölkəmiz üçün müstəsna önəm daşıdığını bir  daha təsdiqləyir. İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin bayram kimi qeyd olunması eyni zamanda xalqımızın vətənpərvərliyini, yurd yerlərinə bağlılığını təcəssüm etdirir.

AXC-Müsavat cütlüyünün xəyanəti...

Azərbaycan xalqı ötən əsrin doxsanıncı illərinin əvvəllərində Qarabağın və ətraf ərazilərin işğal altına düşməsi tarixini heç vaxt yaddan çıxarmayacaq. Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər 1993-cü il 2 aprel tarixində işğala məruz qalıb. O dövrdə düşmənin əsas hədəflərindən biri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaratmaq idi. Buna yol verməmək Azərbaycanın keçmiş rəhbərliyinin bir nömrəli vəzifəsi olmalı idi. Lakin həmin illərdə respublikamızda hakimiyyətdə olan iqtidarın səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından sərhəd bölgələrinin müdafiəsi üçün zəruri tədbirlər görülmədi.

Prezident İlham Əliyev cari il avqustun 21-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində buraya köçən sakinlərlə görüşdəki çıxışında rayonun işğal tarixini bir daha xatırladıb. Dövlətimizin başçısı təəssüf hissi ilə bildirib ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir. Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəlib. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi”, - deyə  dövlətimizin başçısı vurğulayıb.

Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Kəlbəcərin işğalından əvvəl isə  Ağdaban faciəsi baş verib.

Azərbaycanın hərbi-diplomatik uğuru

Cox doğru olaraq Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin hərbi-diplomatik uğuru kimi dəyərləndirilir. Məlum olduğu kimi, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxardılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər üç qətnaməsi təxminən üç onillik ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün Müzəffər Ordusunun şanlı Qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan 2020-ci il noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada  nəzarəti ələ aldı.

 “Bizim işimiz quruculuqdur”

Dövlətimizin başçısı bəhs olunan görüşdə bildirib ki, bizim işimiz quruculuqdur. Postmüharibə dövründə işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcərdə də bərpa və quruculuq dövrü başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez Kəlbəcərə səfər etməklə burada müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrin icrasını bilavasitə nəzarətdə saxlayırlar. Onların azad Kəlbəcərə ilk səfərləri 2021-ci il avqustun 16-da baş tutub. Həmin səfər çərçivəsində Prezident İlham Əliyev Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq tunelin təməlini qoyub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub, arıçılarla görüşüb, Dövlət bayrağını ucaldıb. Sonrakı səfərlər isə daha çox sayda təməlqoyma və açılış tədbirləri ilə yadda qalıb.

Cari il avqustun 20-də Kəlbəcərə Gəncədən ilk köç karvanı yola salınıb. “Böyük Qayıdış” proqramının birinci mərhələsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün infrastruktur layihələri də icra edilir. O cümlədən müxtəlif istiqamətlərdən çəkilən yollar Kəlbəcərə gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası qalib Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri