İran Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayıb
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
İranın Hörmüz boğazı üzrə planı hazırdır və parlamentin açılışından sonra baxılacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan İsmayıl Kövsəri yerli mediaya müsahibəsində deyib.
"Bu sahədə bütün tədbirlər, ekspert yoxlamaları aparılıb və Milli Təhlükəsizlik Komissiyası öz işini başa çatdırıb", - o bildirib və əlavə edib ki, Fars körfəzi ölkələri ABŞ-nin regionun imkanlarından sui-istifadəsinə mane olmalıdır.
Kövsərinin fikrincə, istənilən gərginlik region ölkələrinin təhlükəsizliyinə və maraqlarına təsir edəcək:
"ABŞ-nin Qərbi Asiyada mövcudluğu region ölkələri üçün sərfəli deyil və bu mövcudluğa son qoymaq üçün səy göstərilməlidir".
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
Baxış sayı:182
Bu xəbər 10 İyun 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















