Icma.az
close
up
RU
Gözəl qızlar və... Lavrovun Epşteyn sənədlərində 140 dəfədən çox adı çəkilir

Gözəl qızlar və... Lavrovun Epşteyn sənədlərində 140 dəfədən çox adı çəkilir

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Epşteynin daxili sənədlərində Lavrov və Avropa elitasının nümayəndələrinin iştirak etdiyi qeyri-rəsmi görüşlər, hədiyyələr və danışıqlar müzakirə olunur.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adı Ceffri Epşteyn faylları" adlanan sənəddə - maliyyəçinin yaxın çevrəsinə aid daxili yazışmalar, qeydlər və hesabatlarda ən azı 142 dəfə çəkilir.

Ən ətraflı fraqment 2018-ci il oktyabrın 8-nə aiddir. Həmin gün Epşteyn o vaxtkı Slovakiya xarici işlər naziri Miro Layçakla yazışıb. Söhbət Moldovadan olan "gözəl qızlar"dan gedir və onlardan hansının "Miroya çatmalı" olduğu müzakirə olunur.

Eyni söhbətdə Epşteyn Lavrovun uzun müddətli həmkarı, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin hədiyyəsindən bəhs edir və həmçinin Çurkinin Lavrovla birlikdə çəkdirdiyi şəklini də göndərir. Layçak cavab olaraq deyir: "Görək sabah Lavrov mənə nə verəcək".

Epşteyn həmçinin Rusiya xarici işlər naziri ilə şəxsən görüşmək istədiyini yazıb. Oktyabrın 9-da Layçak "Lavrovu sevdiyini" bildirib və daha sonra onunla üç saat yarım vaxt keçirdiyini və görüşü siqarla başa vurduğunu bildirib. Lakin açıq mənbələrdə bu müddət ərzində Layçakla Lavrov arasında hər hansı rəsmi və ya qeyri-rəsmi danışıqların aparıldığı barədə heç bir məlumat yoxdur.

Lavrovun adı həmçinin Epşteyn ilə Avropa Şurasının o vaxtkı baş katibi Turbern Yaqland arasında 2016-cı ildə yazışmalarda da yer alır. Söhbətdə Epşteyn Yaqlandın Vladimir Putinlə görüşünün mümkün vaxtı ilə maraqlanıb və cavab verib: detallar ertəsi gün Lavrovla müzakirə olunacaq.

Bundan əlavə, Lavrov Epşteynin köməkçiləri tərəfindən hazırlanmış daxili qeydlərində də görünür. Belə sənədlərdən birində Lavrovun o vaxtkı ABŞ dövlət katibi Con Kerri ilə Suriya ilə bağlı danışıqları günün əsas hadisəsi kimi qeyd olunur - materiallara görə, Epşteynin bu mövzunu yaxından izlədiyi mövzu idi.

Epşteyn və Vitali Çurkin arasındakı yazışmalar əvvəllər ictimaiyyətə açıqlanıb. Söhbət rusiyalı diplomatın oğlu Maksimə ABŞ-a uyğunlaşmaqda və iş tapmaqda kömək etməkdən gedir. Yazışmalarda Epşteyn məxfiliyin vacibliyini vurğulayıb, Çurkin isə onu "gözəl müəllim" adlandırıb və ziyarətə dəvət edib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Fevral 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri