Icma.az
close
up
RU
Gözəllik ondur... Pərvanə BAYRAMQIZI yazır

Gözəllik ondur... Pərvanə BAYRAMQIZI yazır

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arif sandığımız, başbilən ataların fikrinə fikir verin: gözəllik ondur doqquzu dondur. Demək biz daxili gözəlliyi vacib saymırıq, üstəlik zahiri gözəllik də heç nə imiş, əsas geyimdir. On gözəlliyin çoxu – doqquzu dondur. Ona görə geyimimizdə başqalarını düşünürük. Bir-birimizin geyiminə müdaxilə edirik.

"Dəbistan" sözü dilimizdə son dövrlər ilkin mənasından uzaqlaşır. Bu adda ilk uşaq jurnalının olduğu da çoxunun ağlına gəlməz. İndi hər tərəf "Dəbistan"dır. Dəbli dodaqlar, dəbli burunlar, dəbli yan-yörə və s. Dəbli geyim də əvvəldən dəb olub. Dəbi dəbə salmaq, dəbi gözdən salmaq, dəb halını almaq "Dəbistan" yaradıb. Dəblə yaşayanlara "dəbçi", dəbi qoruyanlara "dəbkeş", dəbdən zəhləsi gedənlərə "dəbfob", yaxud "dəbəfob", "antidəb" nə bilim nə fob  demək olar?

Plastik əməliyyatları təbliğ edərək, "gözəl görünün", "gözəlliyinizin qeydinə qalın" deyərək insanları depressiyaya salırlar. Yəni sənin daxili keyfiyyətlərin vacib deyil, əsas zahirən xoşagələn olmalısan. Çoxu bu cür düşünür, bu məqsədi əmələ çevirib yayır. İndi hamı gözəl görünmək həvəsi ilə kosmetoloji proseslərin ardınca qaçır. Azacıq qüsuru olanlar özündən utanır, adamların arasında sıxıntı keçirirlər. Özündə görünüşcə eyib görənlər təkəbbürlü gözəllərin, qondarma gözəlliyin qarşısında günahkarmış kimi susurlar. Bilirlər ki,  onları gizlində ələ salırlar. Bəziləri hətta rəftarında  kobudluğa da yol verir.  "Yuxarıdan-aşağı" baxışların altında əzilən gözəl olmayanları ruhdan düşməyə qoymamaq üçün onlardakı müsbət cəhətləri təqdir etmək lazımdır. Müsbət cəhətləri görmək, dəyərləndirmək üçün təhsil almağa gərək yoxdur, insanlığımız çatmalıdır. Elmli adamların, kitab oxuyanların arasında ali keyfiyyətlərdən uzaq olanlar az deyillər. Qadınları gözəl görünməyə çağıranların özləri təhsil almışlar deyillərmi?
Deyəsən, ikibaşlı sual oldu.

(Son günlər plastik cərrahların tibbi təhsili olmadığı mövzusu müzakirə edilir)

Yadıma uşaq kimi adamlar düşdü... saflıqda yox aa... şəklə maraq göstərməkdə. Yazı paylşırsan, oxumurlar, şəkil paylaşanda uşaq kitabın yalnız şəklinə baxdığı kimi ancaq şəkilə maraq göstərirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri