Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Vitamin çatışmazlığı Pərvanə BAYRAMQIZI yazır

Vitamin çatışmazlığı Pərvanə BAYRAMQIZI yazır

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kim nə ilə öyünürsə, öyündüyü obyektdən onda nəyin çatışmadığı bilinir. Kim nədən xoşu gəlmədiyini dönə-dönə təkrar edirsə, deməli, ən çox arzuladığı həmin şeydir.

Doğulduğu bölgədən utananların, həmin rayonun adını dilinə gətirməyənlərin, hətta gizlədənlərin hansı çatışmazlığı olduğunu təhlil etmək əməlli-başlı müşahidə tələb edir.

Bölgə seçkinliyi, məncə, adamlarda natamamlıq kompleksindən gəlir. Adam doğulub boya-başa çatdığı yurdundan utanırsa, əminliklə deyə bilərik, onda sağlam mənəviyyat, normal təfəkkür formalaşmayıb. Bəlkə də, belə adamlarda psixoloji travmalar var. Xarakter kimi qiymətləndirilsə, çürük, ucuz şöhrətpərsətlik hesab edilə bilər. Adam yurduna niyə xor baxsın ki? Görəsən, nədən əziyyət çəkirlər ki, doğulduqları rayon, yaxud qəsəbə onları utandırır? Niyə öz əməlindən, xasiyyətindən, ədalətsizliyindən utanmayanlar rayonundan utanır? 

Hansısa bir xainə görə müəyyən bir bölgəyə xor baxmağı da anlamaq olmur. Müəyyən bir  bölgədən bir nəfər paxıl, mərdimazar çıxıbsa, bu nə həmin bölgənin havasındandır,  nə də oranın digər sakinlərinin günahıdır. Bu həm də o bölgənin hamısının pis olması fikrini təsdiqləmir.
Bəzilərində daha bir "xəstəlik" də mövcuddur: sanballı kökdən törəmək iddiası. Özü də yalançılıqla. 

Adam nəslini zorla aparıb bəy nəslinə calamağa çalışırsa, demək, bunu hamıdan aşağı olduğunu bildiyindən edir. Hiss edir ki, heç kəsə lazım deyil, sevilmir, ona elə gəlir, bəy nəslindən olduğunu desə, adamlar ona hörmətlə yanaşacaqlar. Belələri ölkəmizin o qədər də böyük olmadığını gərək unutmasınlar. Bir-birimizin harda, necə böyüdüyünü eşidib-bilirik. Bir də ki kimin necə böyüdüyü də eyib sayılan mövzulara aid deyil. Eyib olan xasiyyətinin ucbatından adamları özündən iyrəndirib, hörmət qazanmağı uydurma məlumatlarda axtarmaqdır.

Özlərini gözdən salmağa hər cür rəftarları olduğu halda nifrəti niyə vətənə, yurda, el-obaya yuxarıdan-aşağı baxmaqla qazanırlar? Azərbaycanda yaşayanlardan üstünsənsə, onun bölgələrinə şəbədə edirsənsə, doğulduğun rayonun adını gizlədib özünü başqa bir sevilən bölgədən gəlmiş kimi qələmə verirsənsə, köç bu ölkədən. Köçə bilmirsən, çünki qabiliyyətin yoxdur. Tamahın böyük olsa da imkanın kiçikdir. Bu da onu göstərir ki, hərənin öz vətəni, öz yaşayışı olur. Biz də bizik, buralarda doğulmuşuq. Mən Gədəbəydə, sən Kürdəmirdə, o Qazaxda, digəri Ağdamda  və s. Adları çəkilən və çəkilməyən rayonların hamısı mənə əzizdir, Azərbaycanımındır. Bir namərdə görə bütöv bir rayonu ələ salmaq həmin namərdin tayı olmaq deməkdir.
Davam elə, adam, davam elə. Özünün rəzil olduğunu bir az da göstər. Adamın özünün özünü ifşa eləməsi yaxşıdır, yaramazlığını başqasının deməyinə ehtiyac qalmır.

İllərdir, bəzi şəxslərin rayonlu-kəndli seçkinliyinin təsirindən qurtula bilmirik, bu azmış kimi bir də son günlərin daha çox müzakirə edilən qaçqın-köçkün problemi ortaya çıxdı. ( "Çıxarıldı" desəm, daha dəqiq olar.) 

Gədəbəyə Qərbi Azərbaycandan, Göyçədən xeyli ailələr köçüb gəlmişdilər. Ağlım kəsəndən adlarının əvvəlinə  "Göyçəli" kəlməsi artırılan adamlar görmüşəm. Yanında böyüdüyüm hər kəs, eləcə də bütövlükdə Gədəbəy əhalisi heç vaxt onlara pis münasibət bəsləmədilər, əksinə sevgi ilə yanaşıb,  qayğı, diqqət göstərdilər. Ev-eşiklərindən didərgin düşdükləri üçün onları yox, erməniləri günahkar sayırdılar. Qərbi azərbaycanlılarla quda olanlar çox idi. El dili ilə desək, bir-birindən qız alıb, bir-birinə qız verirdilər. Onlara "gözün üstə qaşın var" deyən olmadı, yəni mən belə görmüşəm, nənəm də bu cür danışırdı. Təbliğatımız düzgün olmuşdu. Son günlərin yersiz, hətta təxribat xarakterli mövzusuna  dərindən təəssüflənirəm, bəzən əsəb də keçirirəm. Görəsən, bilərəkdən seçkinlik salıb, qalmaqal yaradan, soydaşları bir-birinə qarşı qaldıran, problemi şişirdib yatmağa qoymayan məsuliyyətsizlərin məqsədləri nədir? Dərdimiz az idimi?

Gündən-günə bir-birindən uzaqlaşan adamların mehribanlaşmasına çalışmaqdansa, bir də bölgə seçkinliyi ilə onları düşmən etmək məqsədinin hansı hissin yoxluğundan irəli gəldiyi hər kəsə bəllidir. Eyni zamanda bunun hansı niyyətin güclü təsirindən yarandığı da açıq-aydın hiss olunur.

Milli heysiyyət də vitamin kimidir, onun çatışmazlığı hərədə bir cür büruzə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri