Icma.az
close
up
RU
Vəzifə şirəsi Pərvanə BAYRAMQIZI yazır

Vəzifə şirəsi Pərvanə BAYRAMQIZI yazır

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mətbuatda, poeziyada, nəsrdə, səhnədə parıltılı, şişirdilmiş imzalar var. Hərəsi bir şeyin sayəsində imzasını böyüdə bilib. Birinin qəzeti, jurnalı olub ətrafına ona görə yığılıb şeirini, hekayəsini səsləndirib, tərifləyib yayıblar, digərinin başqa vəzifəsi olduğundan yaratdıqları yayılıb populyarlaşıb. Bu yolla məşhurlaşan şeirdən, romandan, yaradılan obrazdan sahibinin səlahiyyətini çıxanda onlar zəifləyib-zəifləyib ikicə misra, üçcə cümlə, adi adam kimi qalırlar.

Bir vəzifədə olan, bir də ölən yaradıcı insanın yaratdıqları mataha dönür. Əsl istedadın istedadla yazdıqları həmişə beş-on ədalətli, ədəbiyyata üstünlük verən adamın tərəfindən dəyərləndirilir. 

Çox məşhur şair dünyasını dəyişəndə hamı onu ilahi zirvəyə qaldırır. Adama elə gəlir ki, onun yazdıqları göydə yazılıb yerə göndərilirmiş. Onu qədər tanınmayan bir şair vəfat edəndə isə adamlar təzədən maraq göstərib yaradıcılığına baxırlar və görürlər ki, əsl poeziya burda imiş. Yazan cismən ölsə də, əslində, yazdıqlarında dipdiridir. Elə yazdıqları da diridir. Faydası nədir?  Sağlığında oxucu diqqəti görmədi, hamı qarışqatək vəzifəli şairin poeziyasına daraşmışdı. 

Vəzifə şirəsi belə şeydir, resenziya yazanları özünə çəkir, sahibinin əsərlərini şedevrə çevirir. 

Bütün məclislərə onu layiq bilirlər. 

"Azərbaycan ədəbiyyatı haqqında kitab nəşr ediləcək, filankəs müəllim, siz də mətn göndərin", "mədəniyyətin inkişafından bəhs ediləcək jurnal buraxılacaq, filankəs müəllim, məqalə yazın", "ana dilinin qorunması mövzusunda tədbir təşkil ediləcək, filankəs müəllim, dəvətlisiniz", "Milli-mənəvi dəyərlərə üstünlük verək!" adlı dəyirmi masa keçiriləcək, filankəs müəllim, milli keyfiyyətlərinizi də götürüb gəlin".

Ədəbiyyat sahəsində filankəs müəllimdən başqa müəllim yoxdur? Əlbəttə, var, sadəcə, vəzifəsi olan yoxdur. Ona görə "harda aş, orda baş" olan filankəs müəllimdir. İctimai mövzuda hazırlanmış verilişə də, uşaq verilişlərinə də onu çağırırlar. İmzalar beləcə süni şəkildə populyarlaşdırılır.

Yazdıqlarının səbəbinə şöhrətləndirilənlər tanıyırsınız? "Şöhrətlənən" yox ha, "şöhrətləndirilən".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri