Icma.az
close
up
RU
Gözlənilməz ölümlər, həbslər və tarixi hadisələr 2025 ci ildə yadda qalanlar

Gözlənilməz ölümlər, həbslər və tarixi hadisələr 2025 ci ildə yadda qalanlar

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il olduğu kimi 2025-ci il də bir sıra müsbət və mənfi hadisələrlə yadda qaldı.

Ölkə.Az bu il ən çox müzakirə olunan, paylaşılan qalmaqallı və vacib hadisələrin siyahısını təqdim edir:

İlk olaraq bu ilin 5 yanvarında “Bozbash Pictures” layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınan aktyor Azər Baxşəliyevin, 15 yanvarda isə aktrisa və müğənni Çimnaz Sultanovanın ölümü insanlar üçün bir qədər gözlənilməz oldu.

İlin əvvəlində - 12 yanvarda burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfat etməsi də insanlar arasında geniş müzakirələrə səbəb oldu. Gənc qızın ölümündə təqsirləndirilən həkim Sənan Mehdiyev məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edildi.

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi bu ilin yanvarında dələduzların qurbanı olmuşdu.

Özlərini bank əməkdaşı kimi təqdim edən şəxslər H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pulu (ümumilikdə 80 507 manat) dələduzluq yolu lə ələ keçirmişdilər. Daha sona şübhəli şəxslər saxlanılmış pul isə geri qaytarılmışdı.

Onlarla insanın həyatını xilas edən milli qəhrəmanlardan birinin ailəsinə qarşı bu cür əməlin törədilməsi cəmiyyətdə kəskin qınaqlara səbəb olmuşdu.

Bu ilin fevralında Rusiya ilə gərgin münasibətlər fonunda paytaxt Bakıda fəaliyyət göstərən Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) bağlanması da yaddaqalan hadisələrdən idi.

Bu günlərdə isə xarici işlər naziri Ceyhun Bayramov “Rus evi”nin qanun pozuntusuna yol verdiyinə görə bağlandığını açıqladı.

2025-ci il 28 sentyabr-8 oktyabr tarixlərində Gəncə və digər 6 şəhərimizdə keçirilən sayca III MDB Oyunları da ölkə üçün vacib hadisələrdən biri idi.

Sözsüz ki, bu il ən çox müzakirə olunan şəxslərdən biri İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov oldu.

İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı və mənimsəmə ittihamı ilə həbs edildi.

Saleh Səmədov ətrafındakı qalmaqal bununla da yekunlaşmadı. Onun oğulları Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən, Kamran Səmədov isə İmişli RİH başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edildi.

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyevin beyninə qan sızması və aktyorun bir müddət xəstəxanada müalicə alması da, cəmiyyət üçün narahatlıq doğuran hadisələrdən idi.

Bu ilin ən qalmaqallı hadisəsi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücum hadisəsidir.

Belə ki, 27 iyun 2025-də Yekaterinburqda Rusiyanın təhlükəsizlik xidmətləri (Federal Təhlükəsizlik Xidməti — FSB və xüsusi təyinatlı OMON dəstələri) bir neçə Azərbaycan vətəndaşı və Rusiya vətəndaşlığı daşıyan azərbaycanlılara qarşı reyd keçirib. Bu, əvvəlcə 2001-ci ildə törədilmiş qətl və digər cinayətlərlə bağlı istintaq çərçivəsində aparıldığı ilə izah olundu. 

Əməliyyat zamanı təxminən 9-dan çox azərbaycanlı saxlanılıb. İki azərbaycanlı — Ziyaddin və Hüseyn Səfərov qardaşları — saxlanma zamanı xəsarətlər nəticəsində həyatını itirib. Rəsmi bəyanata görə, onların bədən xəsarətlərinin zor tətbiqi ilə əlaqədar olduğu bildirilir və Azərbaycan tərəfi bunu “işgəncə və qanunsuz güc tətbiqi” hesab edir. Bir neçə digər şəxs ciddi xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. 

Azərbaycan hökuməti hadisəni qəti şəkildə pisləyib, Rusiya səfirliyinə etiraz notası verib və dərhal müstəqil incələmə tələb edib. 

Bu hadisə Azərbaycan–Rusiya münasibətlərində ciddi gərginliyə səbəb olub. Azərbaycan Moskvanı məsuliyyətə çağırıb və Rusiya ilə bağlı bir sıra tədbirləri ləğv edib, o cümlədən planlaşdırılmış mədəni tədbirlərin keçirilməsini dayandırıb.

Azərbaycanın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması bu ilin ən sevindirici hadisələrindən oldu.

“Qarabağ” play-off mərhələsində Macarıstan təmsilçisi “Ferencvárosu” toplam hesabla 5:4 məğlub edərək liqa mərhələsinə yüksəlib. 

“Atlılar” turnirdə “Benfika”, “Çelsi”, “Kopenhagen”, “Atletik Bilbao”, “Napoli” və “Ayaks” kimi güclü klublarla qarşılaşıb və bir neçə uğurlu nəticə əldə edib. Oyunlar zamanı ən çox müzakirə edilən isə Nəriman Axundzadənin performansı idi.

Bu il fevralın 24-də Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini açıqlamasına baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Bundan sonra “Sputnik Azərbaycan”ın ofisinin qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. Əməliyyat nəticəsində direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İ.Kartavıx bu ilin oktyabrında İqor Kartavıx sərbəst buraxılıb. Öz növbəsində Rusiya tərəfi saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Bu ilin avqust ayının əvvələrində Bakı metrosunda dünyaya gəlmiş körpə də sosial şəbəkələrdə xeyli müzakirə olundu. “Bakı metropoliteni” körpənin 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcəyini açıqladı.

Sözsüz ki, bu ilin ən vacib, ən çox müzakirə olunan hadisəsi Prezident İlham Əliyevin ABŞ-yə səfəri və ABŞ Lideri Donald Trampla görüşü, o cümlədən üçtərəfli bəyannamənin imzalanması idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədən düşdü.

Bu il cəmiyyət üçün təəccüb doğuran xəbərlərdən biri də müğənni Rəqsanə İsmayılovanın həbsi idi. Belə ki, avqustda R.İsmayılova iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmişdi.

3 ay sonra isə zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan razılığa əsasən o, ev dustqalığına buraxıldı.

Bu il cəmiyyəti qəzəbləndirən və müzakirələrə səbəb olan növbəti hadisə isə avqustda Bakıya beşgünlük gələn turistlərin Şəhidlər xiyabanında çəkdikləri video idi. Videonun sosial şəbəkələrdə yayılmasından sonra 3 turist (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad)  barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıldı.

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəmədə Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər. Bu ilin dekabrında baş tutan məhkəmə iclasında Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

Bu ilin sentyabrında Çinin Tiencin şəhərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan arasında keçirilən görüş və verilən sülh mesajı da ən yaddaqalan hadisələrdən biri idi.

Sözsüz ki, bu ilin ən gözlənilməz itkilərindən biri "Parni iz Baku" KVN komandasının üzvü, Əməkdar artist Cabir imanovun ölümü oldu. 49 yaşlı aktyorun ölüm səbəbi isə getdiyi idman zalında qəfil infarkt keçirməsi idi.

İlin ən çox danışılan hadisələrindən biri də şübhəsiz ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında cərəyan edib. 2019-cu ildə administrasiyadan, 2022-ci ildə isə AMEA prezidenti postundan uzaqlaşdırılan Ramiz Mehdiyev bu il də Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib.

Dövlətə xəyanətdə ittiham edilən Mehdiyevə ev dustaqlığı da verilib.

R. Mehdiyevlə yanaşı, onun oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən, Kamilə Əliyevanın Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, gəlini Nigar Mehdiyeva isə Tibb Universitetinin Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad ediliblər.

Bu ilin noyabrında Prezident İlham Əliyev müvafiq sərəncamları ilə gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi də yaddaşlarda qaldı.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilməsi ən mühüm hadisələr sırasında yer aldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi üzərində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən və ciddi dağıntılara səbəb olan yanğında 3 nəfərin vəfat etməsi də üzücü olaylardan idi.

Ramiz Mehdiyev işi ilə əlaqədar bu ilin 30 noyabrında DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülməsi də diqqət çəkən xəbərlər sırasındadır.

Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Axtarış zamanı Əli Kərimlinin evindən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri