Icma.az
close
up
RU
Gözlərin altında göy kölgələr. SƏBƏBLƏR

Gözlərin altında göy kölgələr. SƏBƏBLƏR

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Bir çox insanlar bu problemlə üzləşir. Əksər insanlar buna yalnız kosmetik defekt kimi baxır.

Lakin nəzərə almaq lazımdır ki, bəzən bu simptom ciddi xəstəliklərə işarə edə bilər. Beləliklə, gözlərin altında göy kölqələrin səbəbləri bunlardır:

- İrsiyyət. Bəzi insanlarda belə kölgələr körpəlik dövründən olur və irsiyyətlə bağlıdır (yaxın qohumları arasında da bu simptoma tez-tez təsadüf edilir). Bunun səbəbi bu insanlarda gözlərin altında olan damarların dəriyə çox yaxın yerləşməsidir.

- Yaş dövrü. İnsan qocaldıqca dəri nazilir və bu səbəbdən dərinin altında olan damarlar daha aydın görünməyə başlayır - göy kölgələr əmələ gəlir.

- Yuxunun az olması. İnsan orta hesabla (söhbət böyüklərdən gedir) 7-8 saat yatmalıdır. Bu nisbi göstəricidir - bəzi insanlar 6-saatlıq yuxudan sonra özünü gümrah  hiss edir, digərlərinə isə hətta 9 saatlıq yuxu azlıq edir.

Əgər insan uzun müddət ərzində az yatırsa, onun üz dərisi ağarır, solğun görünür və nəticədə dərinin altında olan damarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazikdir və bu səbəbdən damarlar burada daha gözəçərpan olur.

Bu problemi həll etmək üçün insan sadəcə kifayət qədər yatmalı və dincəlməlidir. Həmçinin bu sahələr üçün xüsusi kosmetik maskalar, kremlər var.

- Göz yorğunluğu, stress, xroniki yorğunluq. Uzunmüddətli stress və yorğunluq dərinin vəziyyətinə çox mənfi təsir edir və, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

- Siqaret tüstüsündə və spirtli içkilərin tərkibində olan ziyanlı maddələr orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Toksinlər qanda və orqanizmin toxumalarında yığılaraq, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

- Balanslaşdırmamış pəhrizlər, aclıq, düzgün olmayan natamam qidalanma, qidalanmada əsas qidalı maddələrin, vitaminlərin, mineralların çatışmazlığı insanın sağlamlığına mənfi təsir edir. İlk növbədə bu dəridə özünü büruzə verir - dərinin rəngi pisləşir, gözlərin altında göy kölgələr əmələ gəlir və s.

- Dəriyə düzgün olmayan qulluq (düzgün seçilməmiş krem və digər qulluq vasitələr, isti su ilə üzün yuyulması, dərinin dartılması və s.), ucuz keyfiyyətsiz kosmetika dəriyə çox mənfi təsir edir, dərinin daha tez qocalmasına səbəb olur.

- Xroniki xəstəliklər də dərinin vəsiyyətinə, rənginə və s. təsir edir. Gözlərin altında göy kölgələrin əmələ gəlməsi böyrək, qara ciyər və öd kisəsi, mədəaltı vəzi, endokrin və ürək-damar sistemi xəstəlikləri, anemiya (qanazlığı) zamanı mümkündür.

- Helmintozlar (qurd xəstəlikləri) zamanı qurdlar orqanizmi daim zəhərləyir ki, bu da, o cümlədən, göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

- Haymorit, baş ağrıları, üst dişlərin xəstəlikləri və bəzi digər pozulmalar da bu simptomun əmələ gəlməsinə səbəb ola bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri