Icma.az
close
up
RU
Gözündə bircə dəfə yaş gördüm...

Gözündə bircə dəfə yaş gördüm...

News24 saytına istinadən Icma.az xəbər verir.

Zaman öz işindədir. Jurnalistika fakültəsinin 1977-ci il məzunlarının da sırası seyrəlir...

Ramiz Əsgərdən sonra bir acı xəbər də Əlyar Süleymanovdan gəldi. Onun əmək fəaliyyətinin əksər hissəsi Dövlət Neft Şirkətinin 126 yaşlı “Azərbaycan neft təsərrüfatı” jurnalı ilə bağlı idi. Pensiyaya da elə oradan 2021-ci ildə xüsusi müxbir vəzifəsindən çıxmışdı.

Əlyar Fərman oğlu Süleymanov tələbə yoldaşlarımızın “ağsaqqallar təbəqəsi”nə aid olduğundan, öz təbirincə desək, biz “molodoy”lar həmişə onun hörmətini, yolunu saxlayardıq. Sakit və ciddi təbiəti vardı. Amma səmimi, “iynəli zarafat”ları da yox deyildi. 

Həmsöhbətini sona qədər dinləyər, sərt və ya yumşaq olmasından asılı olmayaraq, sözünü axırda deyərdi.

Əlyar düz, xeyirxah, dik duruşlu və sərt adam idi. Əyri işlərlə heç arası olmazdı. Mən onun kiminsə qarşısında, hətta nəyisə xahiş etdiyi məqamda belə əyilib-büküldüyünü görmədim. Yalnız qəzet, kitab oxuyanda əyilərdi. Bu da ancaq görmə zəifliyi ilə bağlı idi.

Əlyar əslən Qərbi Azərbaycandan ötən əsrin əvvəllərində Füzulinin Molla Məhərrəmli kəndinə köçmək məcburiyyətində qalmış bir ailənin övladı idi. Ancaq içindəki Qarabağ sevgisi “şapka çıxarılası” sevgilərdəndi. Əksər qarabağlılar kimi səsi və oxumağı da vardı. Kefinin yaxşı vaxtlarında nəinki züm-zümə edər, hətta uca səslə oxumaqdan da çəkinməzdi.

Mən, Əlyarı tanıdığım qırx ildən artıq bir dövrdə gözlərində ancaq bir dəfə yaş gördüm. Şuşa işğal olunanda. İş yerimə gəlmişdi. Vəziyyəti özündə deyildi. Dedi, dur gedək dəniz qırağına, özümü heç yaxşı hiss etmirəm.

Nəyin baş verdiyini hələ sonacan dərk etməyə macal tapmadığımız həmin dəhşətli gündəki uzun söhbətlərimizdən bir sözü yaddaşıma əbədi həkk olundu: “Papağımızı əlimizdən aldılar!”..

Əlyar bu acını içində hər kəs kimi, bəlkə də hər kəsdən artıq yaşadı. Amma  xöşbəxtlikdən o, “papağımızın” böyük sücaətlə qaytarıldığı günləri də gördü. Bu zəfərdə “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunmuş oğlu Fərmanın da payı var.  

Bu gün Əlyar düşmən işğalından azad olunmuş doğma torpağında rahat uyuyur.

Allah rəhmət eləsin! 

Fikrət Süleymanoğlu, 

Filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri