Gözünüz aydın, tovuzlular! iki yerdə fanşop olacaq
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Turan Tovuz” azarkeşləri klubun bugünündən razıdı, amma narazı olduğu məqamlar da var. Onlar komandanın formasını ala bilməməkdən, fanşopun olmamasından şikayətlənir.
Bəs belə dükan açılacaqmı? Tovuzlular nə vaxt stadionda, küçədə komandanın forması ilə görünəcək?
Klubun mətbuat katibi Süleyman Tağıyev “Football-plus.az”a bu barədə xoş xəbər verib:
“Fanşopumuz ötən mövsüm açılmışdı, yaxşı satış da olurdu. Yeni mövsümdə geyim dəstləri də dəyişdi. “Joma”dan “Adidas”a keçdik. Sifarişlərdə gecikmələr olurdu, oyunları məcburən Bakıda keçirdik. Avrokubok şanslarımız da yüksəkdi. Həmin vaxta kimi həm Bakıda, həm də Tovuzda fanşop nəzərdə tutulur. Fanşop azarkeşlərin arzuladığı atributlar, formalar ilə təchiz olunacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Aprel 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















