Icma.az
close
up
RU
Gözünüz aydın, köçkünlər zəbt etdikləri mənzili özləri ilə aparmadılar

Gözünüz aydın, köçkünlər zəbt etdikləri mənzili özləri ilə aparmadılar

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deməli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə məlumat verilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.

Dübarə bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Bunu niyə yazdım? Çünki tam 5 ildir ki, Azərbaycan seqmentinin sosial şəbəkələrində köçkünlərə qarşı qarşısıalınmaz bir aqressiyanın çoxumuz şahidi olmuşuq. Bəzi "vətəndaşlıq, soydaşlıq" hisslərindən bixəbərlər "torpağınız alındı, niyə çıxıb öz yurdunuza getmirsiniz?" deyib arxasıncada töhmtlə " bunlar torpağı erməniyə verib gəliblər ki, Bakıda rahat yaşasınlar, palçıqdan, mal-heyvandan qaçıb yaxaların qurtarıblar, geri çətin qayıdalar" deyib onsuzda 30 ildir əlimizdən getmiş səbrimizi zorlayır, bizi təxribata çəkirdilər. Sanki biz yurdumuzu könüllü qoyub gəlmişdik, sanki biz Bakıya kef dalınca qaçmışdıq, sanki biz  qarabağlılar erməni- rus ordusunun ,  terrorçu-separatçı  dəstələrin  qarşısında 5 il (1987-1993-cü illər) ailəlikcə, doğmalarımızla dözüş gətirməmişik.Sonunda anladıq ki, ordusu pərən -pərən olmuş,  komandirləri qəsdlə öldürülmüş, əsgər və zabitləri tələyə salınmış, uduzdurulmuş , parçalanmış ordu olmadıqdan sonra əliyalın xalqın qaçmaqdan başqa   çarəsi qalmadı. Ölümdən də qaçmadıq haa, sırf Xocalı faciəsindəki kimi  başımıza gətiriləcəklərdən  qorxduq... Bu şərtlərin altında, yerimizi-yurdumuzu, doğmalarımızı itirdikdən sonra  bir təhər hərə bir tərəfdə daldalandı. Heç bir köçkün gedib heç kəsi döyüb evdən çıxardıb, evə    basqın etməyib. Sadəcə boş evlərə giriblər. 

 Və elə o gündən  xalq 2 hissəyə ayrıldı: Yerlilər və necə deyərlər "qaşqınlar"...

Dəfələrlə belə mənasız mübahisələrdə  iştirak etmişəm. Qarşıdakı insanı başa sala bilməmişəm ki,  köçkün  öz yurduna döndükdən sonra ev yenə də sənindir. Axı, 30 ildir ayaq döydüyünüz məhkəmələrimiz də mən deyəni deyirdi. Hələ 3 il əvvəl Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 40-42 -60 məhəlləsi, bina 45 ünvanında mənzilləri olan, amma  köçkünlər tərəfindən zəbt edilən 70 sakininin harayı respublika ilə bir olmuşdu.

 İndi evi özünə qayıdan 188 ailəyə burdan "gözünüz aydın olsun" deyirəm. Amma , vallah qara-qışqırığa ehtiyac  yox idi,  köçkünlər yurduna dönəndən sonra ev yenədə sənindir.  

SONDA: Ay mənim gözəl millətim, gözəl xalqım! Vallah, düz 33-34 il əvvəl köçkün özbaşına, kefindən  Bakıya gəməmişdi ki,  indi də özbaşına Bakını tərk eləsin, sizin sözünüzlə"yurduna getsin"! Allah haqqı köçkün özbaşına deyil! Nə vaxt əlaqədar dövlət orqanları "yığışın" deyəcək, onda da yığışıb gedəcəklər öz yurdlarına.

Uzun sözün qısası,  münaqişəyə, davaya, acı söz deyib qəlb qırmağa çalışmayın.

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri