Icma.az
close
up
RU
Gözünüz səyirir? Səbəb sadə yorğunluqdan daha təhlükəli ola bilər

Gözünüz səyirir? Səbəb sadə yorğunluqdan daha təhlükəli ola bilər

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göz qapaqlarının səyirməsinin əsas səbəbi miokimiyadır. Bu proses yorğunluqdan sonra digər əzələlərin titrəməsinə bənzəyən, göz qapağı əzələlərinin qeyri-ixtiyari yığılmasıdır. Adətən, miokimiya bir neçə gün, ən çoxu bir-iki həftə davam edir və öz-özünə aradan qalxır.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı həkim-oftalmoloq Anton Kazantsev "Gazeta.ru" nəşrinə açıqlamasında məlumat verib. O, göz səyirməsinin yaranma səbəbləri, bu halın inkişaf mexanizmi və hansı hallarda mütəxəssisə müraciət etməyin vacibliyi barədə danışıb.

"Müasir həyat tərzi bu vəziyyətə birbaşa təsir göstərir. Əsas amillərə stres, yuxu çatışmazlığı, yorğunluq və stimullaşdırıcı vasitələrin - kofein, nikotin, spirtli içkilərin qəbulu daxildir. İstər müsbət, istərsə də mənfi xarakterli stres və emosional gərginlik sinir sisteminə mənfi təsir edir. İş və istirahət rejimini növbələmək, fiziki aktivlik və təmiz havada gəzintilər vasitəsilə stres səviyyəsini azaltmaq mümkündür", - deyə həkim izah edib.

Həkimin sözlərinə görə, müxtəlif özünütənzimləmə üsulları, yüngül tənəffüs məşqləri və ya yoqa, həmçinin tamdəyərli istirahət qısa müddətdə müsbət nəticə verir. Yuxu çatışmazlığı orqanizmin bərpa proseslərinin pozulmasına gətirib çıxarır və yorğunluğu daha da artırır. Miokimiyanın qarşısını almaq üçün gün rejimi və yuxunu qaydaya salmaq olduqca vacibdir, çünki sinir sistemi məhz gecə saatlarında bərpa olunur. Qaranlıq otaqda 7-8 saat yatmaq, hər gün eyni vaxtda yuxuya gedib oyanmaq tövsiyə edilir.

Kofein sinir sistemini oyadır və nəticədə göz qapaqlarında kiçik yığılmalara səbəb olur. Spirtli içkilər və tütün məmulatları isə damar sisteminə təsir edərək sinir toxumasını güclü şəkildə qıcıqlandırır. Səyirmə dövründə kofein qəbulunu gündə bir fincana qədər azaltmaq, energetik içkilərdən, spirt və nikotindən isə tamamilə imtina etmək faydalıdır.

"Bir çox insan kompüter arxasında işləyərkən, kitab oxuyarkən və ya qadcetlərdən istifadə edərkən gözlərini həddindən artıq gərginləşdirir. Göz əzələlərinin və sinir uclarının hədsiz yorulması da göz qapaqlarının səyirməsinə yol aça bilər. Ekran qarşısında işləyərkən mütəmadi fasilələr tələb olunur: hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzaqlığa baxmaq lazımdır. Bu yolla əzələ gərginliyi azalır", - deyə oftalmoloq xatırladıb.

Səyirmənin digər səbəbi göz quruluğu, küləkli hava, kondisioner altında işləmək və ya kontakt linzalardan uzun müddət istifadə nəticəsində selikli qişanın qıcıqlanması ola bilər. Belə hallarda oftalmoloqun təyinatı ilə xüsusi göz damcılarından istifadə kömək edir.

Əksər hallarda miokimiya təhlükəsizdir və müalicəsiz keçib gedir. Lakin ümumi vəziyyətə diqqət yetirmək mütləqdir: əgər səyirmə iki-üç həftədən çox davam edərsə, güclü spazm, göz qapağının tamamilə qapanması və ya üzün digər nahiyələrinə yayılması ilə müşayiət olunarsa, mütləq mütəxəssisə müraciət edilməlidir. Müalicə barədə qərar oftalmoloq, nevroloq və bəzən psixoterapevtin iştirakı ilə ortaq şəkildə qəbul edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2026 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri