Icma.az
close
up
RU
“GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edilib

“GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edilib

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin rəsmi açılış hissəsində Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək vurğulayıblar ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına və ekoloji məsuliyyət hissinin artırılmasına, gənclərin startap ekosistemi ilə daha yaxından tanış olmalarına, öz biznes ideyalarını ortaya çıxarmalarına və gələcəyin sahibkarları kimi yetişmələrinə müsbət təsir göstərir. Həmçinin qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya çevirmək üçün imkan yaradır və komanda şəklində işləmək bacarıqlarını aşılayır.

Müsabiqədə respublikanın 30 ali təhsil müəssisəsindən 80 komanda “Rəqəmsal ekologiya”, “Robototexnika”, “Yaşıl nəqliyyat texnologiyaları” və “Davamlı inkişaf üçün sosial innovasiyalar” olmaqla 4 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıblar.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Dövlət Universitetinin “Smart hidro camp”, Qarabağ Universitetinin “Sky Bi”, Milli Aviasiya Akademiyasının “Smart X”, Bakı Ali Neft Məktəbinin “Meta Yeast” komandası əldə edib.

II yerin qalibləri ADA Universitetinin “Lubre en”, Memarlıq və İnşaat Universitetinin “Robo bin”, Azərbaycan Texniki Universitetinin “City Mobility”, Milli Aviasiya Akademiyasının “Drone Flux” komandaları olub.

III yerə Xəzər Universitetinin “Uvita”, Naxçıvan Dövlət Universitetinin “Energella”, Bakı Ali Neft Məktəbinin “BHOSs”, Bakı Dövlət Universitetinin “Tech Titans” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərdə isə Mingəçevir Dövlət Universitetinin “GreenS park/Flame Guard”, Qərbi Kaspi Universitetinin “Doma Tech”, Gəncə Dövlət Universitetinin “Liquid3”, Azərbaycan Dövlət Aqrar Universitetinin “Təbii fəlakət yardımı” komandaları qərarlaşıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, müsabiqə “Coca-Cola”, “Lenovo”, Səhliyalı, “Baku Electronics”, AZGRANATA və “ATS Food”un sponsorluğu ilə təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri