Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 23 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 24-də muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə 60 komanda olmaqla, 200-ə yaxın məktəblinin iştirakı ilə Naxçıvan Şəhər Uşaq- Gənclər Şahmat Məktəbində təşkil ediləcək.
Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılacaq və qalib komandalar medal, fəxri fərman, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















