Icma.az
close
up
RU
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib AZƏRTAC

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov son illər dünyada elm və texnologiyalar sahəsində sürətli inkişafın, əldə edilən əhəmiyyətli nailiyyətlərin qarşıya yeni vəzifələr qoyduğunu deyib. Qeyd edilib ki, şagirdlər texnologiyalar vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.

Sonra müsabiqəyə start verilib. Müsabiqəyə muxtar respublikanın ümumi təhsil məktəblərindən 200-ə yaxın şagird yaşıl texnologiyalarla bağlı 60 layihə təqdim edib. Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb. Qalib komandalar medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirmək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri