Icma.az
close
up
RU
Güc sahiblərinin şıltaqlıqları: Yeni qlobal müharibə kabusu uzaqlarda deyil

Güc sahiblərinin şıltaqlıqları: Yeni qlobal müharibə kabusu uzaqlarda deyil

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Əgər hər bir ölkəyə zərbə dəyirsə və ziyan toxunursa, bu, sözün əsl mənasında bir yıxılmadır".

Bunu son zamanlar aktual məsələlərdən birinə çevrilən silah yarışlarının mümkün təsirlərini Bakıvaxtı.az-a şərh edən politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu gün müharibələr mövzusu ətrafında çox intensiv təbliğat qarşıdurması gedir. Digər tərəfdən, silah-sursat sahəsindəki yarışlara böyük meydan ayrılır və bu, təsadüfi deyil:

"Qanunauyğunluğa əsasən, artıq dünya sözün əsl mənasında köhnə nizamdan uzaqlaşır və yeni nizama doğru gedir. Əslində bu, çox təhlükəli bir məsələdir. Yeni nizamın özünü necə büruzə verəcəyi və gəlişinin hansı müjdələr verəcəyi çox böyük suallar doğurur. Əgər hələlik yeni nizam yoxdursa, köhnə nizama əməl etmək lazımdır. Lakin görünən odur ki, güc sahibləri nümayişkəranə şəkildə çox şıltaqlıq edirlər. Bir tərəfdən dünya birliyinə məhəl qoymadan öz istədiklərini edirlər, müharibələrin başlanmasına izn verirlər və müxtəlif yeni ocaqları artıq gərginliyə qərq edirlər. Demək olar ki, yeni qlobal müharibə kabusu artıq uzaqlarda deyil. Ancaq nə qədər gec deyilsə, bu prosesləri tənzimləmək lazımdır".

Politoloqun fikrincə, fəlsəfədə olan qanuna əsasən bir sistemi xilas etmək üçün onun məhdudiyyətlərlə əhatələnməsindən başlamaq lazımdır. Burada əsas məsuliyyət böyük dövlətlər olan ABŞ, Çin, Rusiya və s. ölkələrin üzərinə düşür.

"Mövcud vəziyyətdə silah yarışmasının olmasını heç kim gizlətmir. Əvvəllər bu yarış məxfi şəkildə gedirdi, lakin indi açıq şəkildə nümayiş olunur. Tərəflər bir-birinə psixoloji cəhətdən təsir etməyə davam edirlər. Bu, heç də yaxşı göstərici deyil", -deyə müsahibimiz əlavə edib.

Abbasov Tramp və Putinin Alyaska görüşündən sonra tərəflərin ümumi gərginliyin dərəcəsinin nisbətən azaldılmasına cəhd edəcəklərini gözlədiyini, ancaq Trampın bir qədər sərtləşmə prosesinə qatıldığını bildirib. Dediyinə görə, lakin Qafqazla bağlı və Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqəli çox düzgün mövqedədir. Politoloq bildirib ki, Tramp hətta bir qədər Ermənistanı məsuliyyətə çağırır. ABŞ digər dövlətlər, Venesuela, Nigeriya, Uzaq Şərq, Tayvan ərafında heç də sabitləşdirici tədbirlər haqqında düşünmür. Buna səbəb bir növ Rusiyanın hücum mövqeyindən çıxış etməsidir.

Tofiq Abbasov: Mövcud vəziyyətdə silah yarışmasının olmasını heç kim gizlətmir 

T.Abbasova görə, Rusiya Ukraynaya təcavüz edib və geri çəkilmək fikri yoxdur. Hələ də sülh danışıqları ilə bağlı heç bir ipucuları yoxdur. Silah yarışmasında gərək fövqəl güclər çox ehtiyatla hərəkət etsinlər:

"Lakin bu güclər özlərinə arxayındırlar ki, kritik məqam çatarsa, bütün əsas oyunçular yıxılma təhlükəsi ilə qarşılaşacaqlar. Əgər hər bir ölkəyə zərbə dəyirsə və ziyan toxunursa, bu, sözün əsl mənasında bir yıxılmadır. Həmin güclər hesab edirlər ki, yıxılsalarda belə, ən qısa zamanda ayağa qalxacaqlar və yeni həvəslə öz diktələrini edəcəklər". 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Noyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri