Icma.az
close
up
RU
Ağ ev rəhbəri tələyə düşə bilər: Trampın şıltaqlıqları siyasi isteblişmenti ona qarşı qaldırıb

Ağ ev rəhbəri tələyə düşə bilər: Trampın şıltaqlıqları siyasi isteblişmenti ona qarşı qaldırıb

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Demokrat Partiyasından olan konqresmen Şri Tanedar Prezident Donald Trampın impiçmenti üçün qətnamə təqdim edib.

O, bununla bağlı "X" sosial şəbəkəsində video yerləşdirib.

"Mən Trampın impiçmenti ilə bağlı qətnamə təqdim etdim və burada impiçment haqqında yeddi maddə qeyd edilib", - deyə o bildirib.

Konqresmen sadalanan maddələr sırasında Tramp tərəfindən ədalət mühakiməsinə mane olunması, beynəlxalq təcavüz, qeyri-qanuni qurumların yaradılması, korrupsiya, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi kimi halları qeyd edib.

Xatırladaq ki, daha əvvəl bildirildiyinə görə, ABŞ-də dövlət işçilərinin işə götürülməsində və ya işdən çıxarılmasında Donald Trampın siyasi kursuna əməl etməyə hazır olmaq əsas amil hesab ediləcək.

Bildirildiyinə görə, ABŞ agentlikləri bu ilin oktyabrın 1-dən yeni sistemə keçəcəklər. Kadr siyasətinə nəzarət Federal Kadrlar İdarəsi tərəfindən həyata keçiriləcək ki, bu da ABŞ hökuməti tərkibində müstəqil qurumdur.


Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, ABŞ-nin daxili ictimai-siyasi vəziyyəti bir qədər tündləşir:


"Burada əsas katalizator rolunu Donald Trampın bəzi hallarda anlaşılmayan, çox radikal səslənən addımları oynayır. Çünki o, faktiki olaraq, komandasının daxilində özünün yekdil birinciliyini təmin edib. Trampın komandası əslində onun ağzına baxırlar və mübahisəyə girmirlər. Bu, partiya daxilində arzu edilən şərait olsa da, ölkə daxilində vəziyyəti gərginləşdirir. Çünki, birincisi, Ağ Evin sahibi mütalib müharibəsini meydana gətirməklə ABŞ-də inflyasiyanın artmasını qaçılmaz etdi. Doğrudur, ölkə xarici sektordan qazandı. Lakin Çin, Braziliya və s. kimi ölkələrin cavab addımları elə bir şərait yaratdı ki, iqtisadi cəhətdən daxili vəziyyət kövrəlib. Bu isə insanların narazılığına səbəb olur. Təsadüfi deyil ki, Tramp ABŞ tarixində başlanğıc ərəfəsində ən qeyri-populyar siyasətçiyə çevrilir. Onun reputasiyası, şəxsi məşhurluğu haradasa 39%-dən də aşağı düşüb. Məhz belə bir prezident olmamışdı. Ağ Evin sahibi bir qədər qətiyyətini nümayiş etdirərək qeyri-adi gedişlərlə diqqəti özünə çəkir. Amma bütün bunların mənfi təsirləri durmadan artır. Eyni zamanda ölkə daxilində Trampın əsassız çıxardığı bir çox qərarlar artıq məhkəmələrdə valyuntalist qəbul edilir. İlk dəfədir ki, ABŞ Prezidenti Ağ Evdə öz yerini aldıqdan sonra iki partiya arasında geniş ixtilaflar və anlaşılmazlıq salır. Digər tərəfdən Vaşinqtonda impiçment məsələsini gündəmə gətirərək ona nail olmaq çox çətindir".


Politoloq vurğulayıb ki, Donald Tramp sözün əsl mənasında "şıltaqlıqları", heç kəsə məhəl qoymadan istədiklərinə nail olmaq bacarığı, siyasi isteblişmenti özünə qarşı qaldırıb:

"Hər halda bu, ABŞ Prezidenti üçün bir həyəcan təbilidir. Ağ Evin sahibi gərək həm danışıqlarında, həm bəyanatlarında, həm də hərəkətlərində ehtiyatla tərpənməlidir. Nəticədə ehtiyatsızlıq onun özünə çox böyük bəlalar gətirə bilər. Trampın saymazlığı onun maraqlarına qarşı işləyən amilə çevrilib. Demokratlar hakimiyyətdən düşmüş partiya olsa da, onun güclü potensiallı üzvləri mövcuddur. Bu partiyanın kifayət qədər nüfuzu və imkanları var ki, onlar Trampı tələyə salsınlar. Buna görə də ABŞ Prezidenti sonrakı dönəmdə vəziyyəti düzgün qiymətləndirməli, özünə kənardan baxmalı, "hər istədiyimi edirəm" prinsipindən çəkinməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri