Icma.az
close
up
RU
“Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək!

“Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın məşhur “Gucci” dəb evi “Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Alpin” komandasının titul sponsoru olacaq. İtaliya şirkəti artıq bu komanda ilə müqavilə imzalayıb. Gələn il Fransa komandasının həm adı, həm də bolidin ənənəvi rəngləri dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, 2027 mövsümündən komanda rəsmi şəkildə belə adlanacaq: “Gucci Racing Alpine Formula One Team”. Buna qədər komandanın titul sponsoru suyun təmizlənməsi ilə məşğul olan BWT (Best Water Technology) şirkəti idi. Komandanın yeni rəngləri hələ təqdim olunmayıb, bununla belə, “Alpin”in yaydığı press-relizdə “Gucci”nin ənənəvi qara-qızılı rənglərinə üstünlük veriləcəyi bildirilir.
“Alpin”in baş deirektory Filipp Krifin dediyinə görə, korporativ rəngləri də saxlamaq niyyətindədilər. “Alpin”in icraçı müşaviri Flavio Briatore isə yeni sövdələşməni belə şərh edib:

“Gucci” ilə tərəfdaşlıq sayəsində açılacaq imkanlara görə heyranlıq duyuram. Birlikdə qlobal səviyyədə böyük uğurlara nail ola bilərik”.


“The Race”in yaydığı xəbərə görə, “Gucci” əməkdaşlıq çərçivəsində hər il 50 milyon dollar ödəyəcək ki, bu da komandanın orta gəlirinin təxminən 20 faizini təşkil edəcək. Müqavilə 3 illiyə nəzərdə tutulub.
Press-relizdə “Alpin”in dəb evləri ilə əməkdaşlıq sahəsindəki uğurlu təcrübəsi də vurğulanır. 1986-cı ildə İtaliyanın brend geyim istehsalçısı “Benetton” komandanı aldı, “Alpin” 1995-ci ildə Mühəndislər kubokunu qazandı. Bu da Briatorenin fikridi:

“İşə qeyri-standar yanaşma ilə tanınırıq və əvvəllər artıq dəbin “Formula-1”də birinci yeri tuta biləcəyini göstərmişik”.


Təbii ki, indi “Alpin”in mümkün çempionluğundan danışmaq artıq olardı. Komanda 2020-ci ildə “Reno” adını “Alpin”ə dəyişəndən bəri yalnız bir dəfə Mühəndislər kubokunda ilk “4-lüy”ə düşüb. “Alpin” ötən mövsüm, ümumiyyətlə, sonuncu olub: pilotlar 24 mərhələ ərzində cəmi 22 xal toplayıb. Düzdü, bu il nəticələr önəmli dərəcədə yaxşılaşıb. Çoxları bunu “Mersedes” mühərriklərinə keçidlə bağlayır. Pyer Qasli ilə Franko Kolapinto ilk beş mərhələdə 35 xal toplamaqla “Alpin”i ümumi hesabda 5-ci yerə çıxarıb.
Komandanın icraçı müşaviri uğurlu startı məhz yeni titul sponsoru ilə bağlayır, hərçənd müqavilə növbəti ildən qüvvəyə minəcək. Növbəti dəfə Briatoreni dinləyək:

“Alpin” tarixində mövsümün əvvəlində ən çox xal toplayıb. “Gucci” ilə yeni əməkdaşlıq komandanın artan impulsunu göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri