Gucci”nin Rusiyadakı biznesi bu hala düşdü
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyaca məşhur “Gucci” brendinin Rusiyadakı şirkətində rəhbərlik dəyişikliyi olub.
“Yeni Sabah” xəbər verir ki, “Gucci Rus”un baş direktoru vəzifəsinə Yuliya Juravleva gətirilib. O, bundan əvvəl şirkətdə baş mühasib kimi çalışıb.
Dəyişikliyin əsasən texniki xarakter daşıdığı bildirilir. “Gucci”nin Rusiyadakı mağazaları 2022-ci ilin martından fəaliyyət göstərmir. Şirkət son illərdə ciddi maliyyə itkiləri ilə üzləşib. pizza hut
Belə ki, “Gucci Rus” 2022-ci ildə 1,5 milyard rubl, 2023-cü ildə 1,7 milyard rubl, 2024-cü ildə 385 milyon rubl, ötən il isə 350 milyon rubl zərər açıqlayıb. Hazırda şirkətdə cəmi 9 əməkdaş çalışır. Maliyyə hesabatında yaxın dövrdə satışların bərpasının mümkün olmadığı qeyd edilib. Bu səbəbdən şirkət fəaliyyətini minimum xərclərlə davam etdirir.
Bununla belə, “Gucci Rus”un ləğvi planlaşdırılmır. Şirkətin əvvəlki rəhbəri Oleq Yasnov isə beynəlxalq karyerasını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 18 Sentyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















