Güclü ailə, sağlam cəmiyyət Psixoloqdan DİQQƏTÇƏKƏN AÇIQLAMA KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir.
2001-ci ildə isə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. Bu isə gender siyasətinin dövlətin vacib strategiyalarından biri olduğunu göstərirdi. 2000-ci ildə prezident “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir.
Azərbaycanda gender bərabərliyinin təşviqi, ailə dəyərlərinin qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətlərdə həyata keçirilən tədbirlərin, sosial proqramların və maarifləndirici təşəbbüslərin ictimaiyyətə çatdırılması insanların məlumatlılığını artırır, vətəndaşların sosial proseslərdə iştirakını genişləndirir. Xüsusilə gənclərin ailə, valideynlik, məsuliyyətli davranış və sağlam həyat tərzi barədə məlumatlandırılması gələcək inkişaf baxımından əhəmiyyətlidir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq-loqoped Ləman Kazımova bildirib ki, gender bərabərliyi və ailə münasibətlərində baş verən dəyişikliklər insanların psixoloji vəziyyətinə müxtəlif formalarda təsir göstərə bilər.
Onun sözlərinə görə, boşanmaların artması, doğum səviyyəsinin azalması, eləcə də qadın və kişilərin ailədəki ənənəvi rollarının dəyişməsi bəzi insanlarda narahatlıq, güvənsizlik və gələcəklə bağlı qorxu yarada bilər:
“Bu gün ailə münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Boşanmalar, doğum səviyyəsinin azalması və ailədaxili rolların dəyişməsi insanların psixoloji vəziyyətinə təsir edir. Xüsusilə gələcəklə bağlı qeyri-müəyyənlik insanlarda narahatlıq və güvənsizlik hissini gücləndirə bilər”.
Psixoloq vurğulayıb ki, ailədaxili problemlərdən ən çox zərər görənlər uşaqlar olur.
“Boşanmalardan ən çox təsirlənənlər uşaqlardır. Valideynlər arasında davamlı münaqişələr, gərgin münasibətlər və anlaşılmazlıqlar uşaqlarda qorxu, özünəqapanma və güvən problemlərinə səbəb ola bilər. Belə hallar onların emosional vəziyyətinə və gələcəkdə insanlarla münasibət qurmasına da mənfi təsir göstərir”.
Ləman Kazımovanın sözlərinə görə, sağlam ailə münasibətlərinin formalaşması üçün tərəflər arasında qarşılıqlı hörmət, sevgi, anlayış və məsuliyyət hissi mühüm əhəmiyyət daşıyır.
“İnsanlar ailə qurmağa, valideyn olmağa və münasibətləri düzgün idarə etməyə psixoloji cəhətdən hazır olmalıdırlar. Ailədə qarşılıqlı anlayış və məsuliyyət olduqda bir çox münaqişənin qarşısını almaq mümkündür. Ən vacib məsələlərdən biri isə uşaqların sağlam psixoloji mühitdə böyüməsinin təmin edilməsidir”.
Ekspert hesab edir ki, ailə institutunun möhkəmləndirilməsi yalnız münasibətlərin qorunması ilə məhdudlaşmamalı, eyni zamanda ailə üzvlərinin, xüsusilə uşaqların psixoloji rifahının təmin edilməsinə yönəlməlidir.
Onun fikrincə, sağlam ailə mühitinin yaradılması, gələcək valideynlərin psixoloji hazırlığı və uşaqların emosional təhlükəsizliyinin qorunması cəmiyyətin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















