Güclü Azərbaycanı görməkdən şadıq Fuat Oktay AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ənənələrimizdən gələn məqamlara görə qadınlar bizdə sadəcə ailədə deyil, idarəetmədə də söz sahibidir.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güclü Azərbaycanı görməkdən şadıq: “Hər gəldiyimizdə Bakı daha irəli gedir, zənginliyi artır və bu zənginliyi xalqla paylaşır. Qismət olarsa, sabah Qarabağa gedəcəyik və bərpa prosesini yerində görəcəyik. Türklər getdiyi yeri yox etməz, getdiyi yeri tikər, qurarlar. Ermənistanın dağıtmasından sonra Azərbaycan Qarabağı inkişaf etdirir, bərpa edir. İkinci Qarabağ savaşı, bir günlük antiterror əməliyyatları dövründə bəzi parlamentlər başda Fransa olmaqla “erməni torpaqları işğal edilir” adı ilə dezinformasiya yaymağa çalışırdılar. Amma o torpaqlar türklərindir. Xocalı qətliamını yaşadıq və bunları unutdurmamalıyıq. Biz hər zaman sülhə və sabitliyə önəm veririk. Bizim başqalarının torpağında gözümüz yoxdur, amma bizim torpağımızda da kiminsə gözü olarsa, o gözü də çıxarırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















