Icma.az
close
up
RU
Güclü dövlət, etibarlı tərəfdaş və regional lider

Güclü dövlət, etibarlı tərəfdaş və regional lider

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr tarixində İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanatı dövlətimizin xarici siyasət kursunun uğurlu təzahürü olmaqla yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin strateji səviyyədə dərinləşməsinin növbəti göstəricisidir. Bu bəyanat, Prezident İlham Əliyevin qlobal siyasətdəki müdrik və uzaqgörən liderliyinin daha bir nümunəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan ilə İtaliya arasında mövcud olan münasibətlər sıradan diplomatik əlaqələr çərçivəsində qalmayıb, enerji, müdafiə sənayesi, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahəsində çoxşaxəli strateji tərəfdaşlığa çevrilmişdir. Prezident İlham Əliyev bəyanatında bu əlaqələrin dərin köklərə malik olduğunu xüsusi vurğulayaraq, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun və iqtisadi əməkdaşlığın nümunəvi səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı.
Xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində İtaliyanın iştirakı və bu ölkənin şirkətlərinin bölgədə aktiv fəaliyyəti Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində inklüziv və əməkdaşlığa açıq yanaşmasını bir daha nümayiş etdirir.
Bugün Azərbaycan-İtaliya əlaqələri yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında vacib rol oynayır. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının genişlənməsində hər zaman etibarlı və prinsipial mövqe sərgiləyib. Avropa İttifaqı-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə edilən dinamika və müsbət irəliləyişlər gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynaması, Avropaya etibarlı enerji tədarükçüsü kimi çıxış etməsi bu əlaqələrin dərinləşməsində mühüm amildir.
2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya çatdırılması iki ölkə arasında etibarlı tərəfdaşlığın real nəticəsidir. TAP layihəsinin reallaşması həm də İtaliyanın Azərbaycanın əsas neft və qaz tərəfdaşlarından birinə çevrilməsinə səbəb olmuşdur.
Bu gün Azərbaycan nəinki İtaliya, həm də 14 ölkəyə təbii qaz ixrac edən, coğrafi əhatəsinə görə dünyada lider mövqedə olan bir dövlətdir. Bu isə Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin, eyni zamanda enerji diplomatiyasının uğurlu nəticəsidir.
Eyni zamanda dövlət başçımızın Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı sahəsində əməkdaşlıq istiqamətində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan təkcə neft-qazla kifayətlənmir, həm də yaşıl enerjiyə keçid prosesində fəal mövqe tutur. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya elektrik ötürülməsi layihəsi gələcəyin strateji enerji dəhlizi olacaq.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu milli maraqlara, regional sabitliyə və beynəlxalq əməkdaşlığa əsaslanır. Millətimizin maraqlarını qətiyyətlə qoruyan və qlobal miqyasda nüfuz qazanan lider olaraq cənab Prezidentin bu çıxışı həm daxili həm də xarici siyasət üçün önəmli siqnalları özündə ehtiva edir.
Cənab Prezidentin qətiyyətli, ardıcıl və milli maraqlara əsaslanan diplomatik addımları nəticəsində Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regional lider kimi tanınır. İtaliya ilə münasibətlərin daha da möhkəmlənməsi isə bu strateji baxışın daha bir bariz nəticəsidir.

Fatma Yıldırım
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri