Icma.az
close
up
RU
Güclü dövlət, güclü ordu, güclü lider

Güclü dövlət, güclü ordu, güclü lider

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Müasir dövlətçilik anlayışında güclü ordu yalnız hərbi qüdrətin göstəricisi deyil, həm də dövlətin müstəqilliyinin, milli təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır. Tarixin bütün mərhələlərində dövlətlərin taleyində silahlı qüvvələrin rolu həlledici olmuş, güclü orduya malik ölkələr öz milli maraqlarını daha etibarlı şəkildə qorumağa nail olmuşlar. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri kimi güclü milli ordunun formalaşdırılmasını müəyyənləşdirmişdir.

Bu gün 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurların təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, milli maraqlara əsaslanan strateji qərarlar və xalqın öz ordusuna olan böyük etimadı dayanır. Azərbaycanın müasir ordu quruculuğunun ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Hələ sovet dövründə Azərbaycanın gələcək hərbi potensialını düşünən Ulu Öndər milli hərbi kadrların hazırlanmasını prioritet vəzifələrdən biri kimi müəyyən etmişdi. Məhz onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey sonrakı dövrdə minlərlə peşəkar zabit və hərbçinin yetişməsində mühüm rol oynadı.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə nizami ordu quruculuğu prosesi sistemli xarakter aldı. 1990-cı illərin mürəkkəb siyasi və hərbi şəraitində Azərbaycanın dövlət müstəqilliyini qoruması, daxili sabitliyi təmin etməsi və gələcək inkişafının əsasını qoyması məhz güclü dövlət idarəçiliyi və ordu quruculuğu siyasəti sayəsində mümkün oldu. Hər bir ordunun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən biri onun mənəvi gücüdür. Azərbaycan Ordusunun ən böyük üstünlüyü də məhz xalqla olan ayrılmaz bağlılığında, vətənpərvərlik ruhunda və dövlətə sədaqətində özünü göstərir. Ulu Öndər Heydər Əliyevin “Ordu xalqın bir hissəsidir” fikri bu gün də Azərbaycan dövlətinin hərbi siyasətinin əsas prinsiplərindən biri olaraq qalır.

Azərbaycan əsgəri yalnız hərbi xidmət keçən şəxs deyil, həm də xalqın iradəsini, dövlətin gücünü və milli dəyərləri təmsil edən vətəndaşdır. Məhz buna görə də ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi xidmətə hazırlığı və milli-mənəvi dəyərlərə bağlılığı dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz inkişafının ən dinamik və uğurlu mərhələsinə qədəm qoydu. Son illərdə həyata keçirilən hərbi islahatlar, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Silahlı Qüvvələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaratdı.

Ordunun maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silah və texnikalarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində görülən işlər Azərbaycanın müdafiə potensialını əhəmiyyətli dərəcədə artırdı. Bu siyasətin nəticəsində Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın nüfuzlu hərbi reytinqlərində ön sıralarda qərarlaşan silahlı qüvvələrdən birinə çevrildi. Azərbaycan Ordusunun gücü illər ərzində keçirilən təlimlərdə, hərbi əməliyyatlarda və beynəlxalq missiyalarda özünü göstərsə də, onun əsl qüdrəti 2020-ci ildə bütün dünyaya nümayiş etdirildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi strategiya nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda milli iradənin, xalq–ordu birliyinin və dövlət siyasətinin təntənəsi idi. Azərbaycan əsgəri sübut etdi ki, Vətən sevgisi, peşəkarlıq və yüksək döyüş ruhu qarşısında heç bir maneə dayana bilməz.

Müharibədən sonrakı mərhələdə Azərbaycan Ordusunun inkişafı daha da sürətlənmişdir. Komando birliklərinin yaradılması, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi, hərbi təhsil sisteminin yenidən qurulması və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə uyğun islahatlar ordumuzun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Milli Müdafiə Universitetinin yaradılması, hərbi kolleclərin fəaliyyətə başlaması və yeni nəsil zabit korpusunun formalaşdırılması Azərbaycanın müdafiə qabiliyyətinin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə xidmət edir. Müasir dövrün təhlükəsizlik çağırışları göstərir ki, güclü ordu yalnız bugünkü deyil, həm də gələcək nəsillərin təhlükəsizliyinin təminatıdır.
Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü hərbi-siyasi aktoru kimi çıxış edir. Dövlətimizin müstəqil siyasəti, iqtisadi potensialı və hərbi qüdrəti regionda yeni reallıqlar formalaşdırmışdır. Ordumuzun əldə etdiyi nailiyyətlər nəticəsində Azərbaycanın milli maraqları etibarlı şəkildə qorunur, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir və regionda sabitliyin təmin olunmasına mühüm töhfə verilir. Azərbaycan Ordusu artıq yalnız sərhədlərimizi qoruyan hərbi qüvvə deyil, həm də dövlətimizin gücünün, xalqımızın qürurunun və müstəqilliyimizin sarsılmaz rəmzidir.
Məhz buna görə də 26 İyun-Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün yalnız bayram deyil, həm də dövlətə, Vətənə və qəhrəman Ordumuza hörmət və ehtiram günüdür. Azərbaycanın qüdrətli Ordusu bundan sonra da müstəqilliyimizin keşiyində dayanacaq, xalqımızın təhlükəsizliyini və dövlətimizin milli maraqlarını layiqincə qoruyacaqdır.


Tahir Mirkişili,
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri