Icma.az
close
up
RU
Güclü gələcək naminə...

Güclü gələcək naminə...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın elmə, təhsilə qayğı siyasəti uğurla davam etdirilir!

Elm suallar verməkdən qorxmayan insanların yolu, cəhalətin zülmətə qarşı yandırılmış bir çırağıdır. Bu gün texnologiyanın, süni intellektin, tibbi inqilabların, iqlim tədqiqatlarının içində yaşayırıq. Amma bütün bunların kökündə elmə olan inam, araşdırma ruhu və həqiqəti tapmaq istəyi dayanır. Elm sadəcə laboratoriyalarda baş verən bir proses deyil. O, cəmiyyətin düşüncə tərzini formalaşdırır, gənclərin marağını oyadır, dünyanı daha yaşanmalı bir yerə çevirir.

Hər il 10 noyabr tarixi bütün dünyada Elm Günü kimi qeyd olunur. Bu gün yalnız elm adamlarının bayramı deyil, insanlığın tərəqqisini, düşüncənin gücünü və biliklə dəyişən dünyanın simvoludur.

Tarixə baxdıqda görürük ki, Azərbaycanın elm sahəsindəki töhfələri mühüm olub. Bugünlərdə Azərbaycan elminin məbədi sayılan  Milli Elmlər Akademiyası artıq 80 illik yubileyini qeyd etdi. Ötən 80 ildə böyük yol keçilib, güclü kadr potensialı formalaşıb, alimlərimiz öz axtarışları və kəşfləri ilə ölkəmizin inkişafına dəyərli töhfələrini veriblər. Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında keçilən şərəfli yolu xatırlatmaqla elmimizin uğurlarından məmnunluğunu bildirib, həmçinin yeni çağırışlar dönəmində qarşıda duran vəzifələrə diqqət çəkib.

Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində  paytaxtda və regionlarda 800-dən çox yeni məktəb binası tikilərək istifadəyə verilib, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılıb, tələbə kontingenti 70 mindən 100 minə qədər artıb.  Eləcə də məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Təhsillərini başa vurduqdan sonra Vətənə dönən həmin gənclər uzun illər ərzində milli kadr potensialının özəyini təşkil ediblər.

Son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlər əsasında həm təhsildə, həm də elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. İndiyədək Azərbaycan gənclərinin dövlət vəsaiti hesabına dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almalarını özündə ehtiva  edən bir neçə Dövlət Proqramının icrası uğurla tamamlanıb. Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” həyata keçirilir. 2025-2026-cı tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıb. Nəticə etibarı ilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər xaricdə  təhsil almaq hüququ qazanıb.

Paralel şəkildə, ölkəmizdə elmin inkişafını hədəfləyən çoxsaylı sənədlər imzalanıb və maddi-texniki baza davamlı olaraq möhkəmləndirililib. Böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşası, həmçinin elmi-tədqiqat institutlarının yüksək səviyyədə təmiri və avadanlıqlarla təchiz edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. 2009-cu ildə Elm Fondu yaradılıb, elmin inkişafı üzrə Milli Strategiya, müvafiq Dövlət Proqramı, “Elm haqqında” qanun qəbul edilib. Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Bütövlükdə, elmin inkişafını hədəfləyən tədbirlərin siyahısı çox uzundur.

Elm Günü dünyanın müxtəlif ölkələrində elmin inkişafını təbliğ etmək və ona olan marağı artırmaq məqsədi güdür. Azərbaycanın elm sahəsindəki töhfələri də bu gün elmin hər sahəsində əhəmiyyətli irəliləyişlərin göstəricisidir. Elm və texnologiyanın inkişafı, insan cəmiyyətinin rifahı üçün vacib olan ən əsas amillərdən biridir. Ölkəmizin bu istiqamətdə gördüyü işlər, gələcəkdə daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir.

Bir sözlə, elmə verilən hər bir dəstək gələcəyə qoyulan sərmayədir. Çünki elm bizi yalnız tərəqqiyə aparır, insanı düşünməyə, sual verməyə və doğru cavabı tapmağa sövq edir. Bu gün elmə dəyər vermək sabahın daha işıqlı, daha ədalətli dünyasını qurmaq deməkdir...

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri