Icma.az
close
up
RU
Ekoloqdan xəbərdarlıq: Xəzər geri çəkilir TƏHLÜKƏ YAXINLAŞIR

Ekoloqdan xəbərdarlıq: Xəzər geri çəkilir TƏHLÜKƏ YAXINLAŞIR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə Xəzər dənizinin səviyyəsində nəzərə çarpan enmələr müşahidə olunur. Bəzi ərazilərdə dəniz 100-150 metr, nadir yerlərdə isə 200 metr geri çəkilib. Qızılağac körfəzi ərazisində isə dəniz səviyyəsi 2 kilometrə qədər aşağı düşüb. Bu, yalnız vizual olaraq diqqət çəkir; eyni zamanda gəmi yolları, ekosistem və ətraf mühit üçün ciddi risklər yaradır.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizindəki çəkilmə uzun müddətdir müşahidə edilir, amma son zamanlar iqlim dəyişikliyi fonunda bu məsələ daha çox diqqət cəlb edir.

“Dənizin nə qədər çəkiləcəyini dəqiq söyləmək çətindir, çünki Xəzər dənizinin su daşıyıcı çayları – Volqa, Ural, Kür – suvarmaya cəlb olunub. Havanın istiliyi, quraqlıq və yağıntıların azlığı suyun azalmasına səbəb olur. Tarixi perspektivdə dənizdə enmə və qalxmalar olub, lakin indiki səviyyədə çəkilmə daha geniş və nəzərə çarpandır. Bu gün ən çox şimal hissədə, Volqa kanalı ətrafında çəkilmə müşahidə edilir, Abşeron və Sumqayıt ərazilərində isə xeyli geri çəkilmə görünür,” – deyə o vurğulayıb.

Ekoloq qeyd edib ki, dəniz altından çıxan qumsallar insan orqanizmi üçün zərərli minerallar ehtiva edə bilər. Bu səbəbdən Xəzər ətrafında yaşıl zolaqların yaradılması, duzluluğa davamlı bitkilərin əkilməsi vacibdir.

“Eyni zamanda, Azərbaycan hökumətinin bu məsələyə ciddi yanaşaraq, bu ilki büdcədə vəsait ayırması tövsiyə olunur. Dəniz çəkildikcə gəmi yolları təhlükəyə düşə, ekosistem zərər görə və əhalinin sağlamlığı təhdid altına gələ bilər. Ona görə də qarşısını almaq üçün təcili tədbirlər görülməlidir,” – deyə İbrahimli əlavə edib.

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri