Icma.az
close
up
RU
Yay ayında Kəlbəcərdə güclü dolu: Ekoloqdan İZAH

Yay ayında Kəlbəcərdə güclü dolu: Ekoloqdan İZAH

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ötən günlərdə Kəlbəcərə güclü dolu yağıb. 

Bəs avqust ayının ortalarında Kəlbəcərə güclü dolu yağması necə izah olunur?

Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, dolu əsasə buz hissəciklərindən ibarət olan yağış növüdür və atmosferin daha yuxarı qatlarında formalaşır.

"Atmosferin yuxarı qatlarında yaranan bu buludlar güclü küləklər və tufanlar zamanı daha da yuxarıya qalxır. Məhz burada buz qatları formalaşır və nəticədə dolu əmələ gəlir.

Kəlbəcər kimi hündür dağlarla əhatə olunmuş yerlərdə bu hadisənin baş verməsinin əsas səbəblərinə nəzər salaq. Təxminən ay yarım  üç ay müddətində Azərbaycan ərazisində şiddətli istilər müşahidə olundu. Temperatur 40 dərəcəyə, bəzən isə daha yüksək həddə çatdı. Bu yüksək temperatur nəticəsində buxarlanma həddindən artıq artmışdı. Buxarlanmanın çox olması isə atmosferin yuxarı qatlarında bulud təbəqələrinin yaranmasına səbəb olub. Uzunmüddətli istilərin təsirindən bu bulud qatları daha da yuxarı qalxdı və soyuq hava kütlələri ilə təmasda oldu. Atmosferin yuxarı qatlarında hündürlüyə qalxdıqca temperatur aşağı düşür, hava soyuyur. Bu şəraitdə bulud qatları formalaşaraq doluya çevrildi. Bu, istiləşmənin əsas təsirlərindən biridir".

Ekoloq qeyd etdi ki, artıq payız fəslinə bənzər hava şəraiti müşahidə olunur:

"Bu da göstərir ki, istiləşmə nəticəsində dağlarla əhatə olunmuş ərazilərdə belə hadisələr təbii hesab olunur. Buludlar daha yuxarıda, daha sıx formalaşır və dolu yağışı normal qəbul edilə bilər.

Artıq şiddətli istilərin keçməsi açıq payız mövsümünün bir qədər irəli çəkilməsinə səbəb olub. Hava buludludur səmaya baxanda bunu görmək olar. Bütün bunların əsas səbəbi buxarlanmanın həddindən artıq çox olmasıdır. Bu isə qlobal iqlim dəyişmələrinin təsirlərinin artıq hiss olunması deməkdir. Payız mövsümünə yaxın dövrdə yağış və dolu hadisələrinin intensivləşməsi gözlənilir", - deyə Sadiq Həsənov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri