Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Güclü ordu xalqın birliyi və milli ruh üzərində formalaşır ŞƏRH

Güclü ordu xalqın birliyi və milli ruh üzərində formalaşır ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan aviasiyası Vətən müharibəsindən sonra dünyada baş verən proseslər, həmçinin İsrail-İran, Rusiya-Ukrayna, Pakistan-Hindistan müharibələri fonunda tələbata uyğun olaraq gücləndirilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanla müqayisədə deyil, dünyada güc balansının saxlanılması məqsədilə öz aviasiya döyüş təyyarələrini dəyişməyə zərurət bilib. Artilleriya qurğusu, eləcə də pilotsuz uçuş aparatları, yüksək dəqiqliklə zərbələr endirən supersonik sürətli raketlərin əldə edilməsi Cənubi Qafqaz regionunda orta dəhlizin enerji daşıyıcı vasitələrinin təhlükəsizliyi, eləcə də Asiya ilə Avropa arasındakı etibarlı logistikanın təşkil edilməsi üçün həyata keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn səsləndirib.

Zəfər Günündə keçirilən hərbi paradı şərh edən ekspertin sözlərinə görə, Azərbaycan bölgədə, eləcə də şimalda və cənubda olan ölkələrlə qonşuluq təmasında tarixin keçmiş zərurətlərinə söykənərək addımlar atmaq məcburiyyətindədir: “Son müharibələrə baxsaq görərik ki, günün birində elan olunmadan şəhərlər, kəndlər, strateji obyektlər, mülki müəssisələr raketlə vurulur. Hətta açıq şəkildə qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana “İsgəndər-M” raketləri atılıb. Azərbaycan və Bakı ərazisi, eləcə də Mingəçevir Su Elektrik Stansiyasında əvvəlcədən S-300, S-400 tipli uzaqmənzilli hava hücumundan müdafiə vasitələrinin olması kütləvi qırğınların, təhlükəli, belə desək, strateji səviyyədə böhran vəziyyətinin yaradılmasının qarşısını almışdı. Bu da ölkəmizin əvvəlcədən düşünülmüş addımı idi. Dövlətimiz düşmənin hansı istiqamətdə hansı növ silahlardan istifadə edə biləcəyini təyin etmək iqtidarında idi”.

E.Hüseynov qeyd edib ki, Xüsusi Təyinatlı Qüvvələrin modernləşməsi zamanın tələbi idi: “1997-ci ildə yaranmış Xüsusi Təyinatlı Qüvvələr Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə müasirləşdirildi. Modernləşdirmə 2016-cı ilin Aprel döyüşlərindən sonra daha sürətlə aparıldı. 44 günlük Vətən müharibəsi, həmçinin müdafiə mövqelərinin qorunmasına baxmayaraq, Xüsusi Təyinatlı Qüvvələrinin yerinə yetirdiyi tapşırıqların dəyərləndirilməsi baxımından önəmli oldu. Belə desək, lokal antiterror tədbirlərinə qədər yaradılan komanda birliklərinin effektivliyini biz birsutkalıq döyüşdə bir daha gördük. O zaman Azərbaycan Silahlı Qüvvələrində iki minə yaxın xüsusi təyinatlı qüvvələr var idi. İndi isə hərbi paradda dörd minə yaxın xüsusi təyinatlı iştirak edib”.

“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, güclü ordu müstəqilliyi, regionun təhlükəsizliyini, güc balansının bərabərləşdirilməsini təmin edir. Güclü ordu quruculuğu xalqın birliyi və milli ruh üzərində formalaşan vətənpərvərlik tərbiyəsi ilə həyata keçilir. Azərbaycan Ordusu aparılan islahatlar, eləcə də müasir texnikaların gətirilməsi ilə yanaşı, hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik mövzusunun strateji səviyyədə təbliğ olunması ilə müşayiət olunur. Ordumuzun gücü təhlil edilir və gələcək nəsillərə çatdırılır. Bu, böyük bir güc, balans, hərbi-siyasi iradə və dəstək sayəsində mümkün olub”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, bu paradda Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyətinin iştirakı, Türkiyədən gəlmiş parad heyətinin iştirakı böyük bir uğurdur: “2026-cı ildə Türk Dövlətləri Təşkilatının hərbi təlimləri Azərbaycanda keçiriləcək və düşünürəm ki, bu, Orta Dəhlizin təhlükəsizliyi, bu dövlətlərin ortaq təhlükəsizliyinin təminatıdır. Ümidvaram ki, növbəti beşillikdə Türk Dövlətləri Təşkilatının ölkələri də hərbi paradımıza qoşulacaqlar”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri