Icma.az
close
up
RU
Ukrayna Azərbaycan əlaqələri güclü siyasi təməllər üzərində formalaşıb ŞƏRH

Ukrayna Azərbaycan əlaqələri güclü siyasi təməllər üzərində formalaşıb ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 aprel, AZƏRTAC

Dünyada gedən mürəkkəb geosiyasi proseslər, hərbi münaqişələr və qarşıdurmalar fonunda müharibələrin humanitar aspekti getdikcə öz aktuallığını artırır. Bu baxımdan Ukrayna Prezidentinin Azərbaycan son səfərini və iki ölkə arasında olan əlaqələri məhz humanitar aspektdən xarakterizə etmək yerinə düşər. Ukraynada müharibə başlayan ilk gündən Azərbaycan Ukraynaya humanitar yardım göstərir. Ukraynanın elektrik və enerji təchizatı, müharibədə travma yaşayan ailələrin uşaqlarına reabilitasiya dəstəyi, bu ölkəyə göndərilən humanitar yardım və karvanlar bu qəbildən olan dəstəklərindəndir. Əlbəttə, Ukrayna və Azərbaycan əlaqələri güclü siyasi təməllər üzərində formalaşıb, hər iki xalq və dövlət arasında hər zaman yüksək əlaqələr mövcud olub. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb, son illərdə iki ölkənin liderləri arasında geniş təmaslar və məsləhətləşmələr həyata keçirilib. Ukraynada böyük sayda Azərbaycan diasporu fəaliyyət göstərir ki, bu, xalqlar arasında geniş mədəni əlaqələrin göstəricilərindən hesab olunur.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr də geniş sahələri əhatə edir. Azərbaycan öz növbəsində uzun illər müharibə və humanitar fəlakətlə üzləşib, xalqımız böyük acılar yaşayıb. Müharibənin ağrı və acılarını öz üzərində yaşamış bir ölkə kimi Azərbaycan məhz bu səbəbdən müharibə və münaqişələrə hər zaman insani və humanitar aspektdən yanaşır. Təkcə Ukrayna ilə kifayətlənməyərək, bölgəmizdə baş verən son ABŞ-İsrail-İran müharibəsində də Azərbaycan humanitar sahədə böyük fəallıq nümayiş etdirib, İrandan təxliyə prosesini təşkil edib, eyni zamanda, müharibədən əziyyət çəkən insanlara yardım göndərib.

QHT sədri bildirib ki, bu addımlar Azərbaycanın sülhpərvər siyasət həyata keçirdiyini və bölgədə sülhə, sabitliyə xidmət etdiyini bir daha dünyaya nümayiş etdirir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq və minatəmizləmə işləri aparmaqla yanaşı, bu sahədə Ukraynaya da yardım göstərir, öz təcrübəsini və məsləhətlərini bölüşür.

Vüqar Əhmədovun sözlərinə görə, Ukraynada müharibə başa çatdıqdan sonra minatəmizləmə, humanitar tədbirlər, eləcə də yenidənqurma və bərpa işlərinə böyük ehtiyac yaranacaq. Azərbaycan isə bu istiqamətdə zəngin təcrübəyə malikdir və həm texniki avadanlıqlar, həm də praktiki biliklər baxımından Ukraynaya dəstək verir.

O vurğulayıb ki, müharibələrin ən gərgin mərhələlərində belə humanitar məsələlər daim diqqət mərkəzində olmalıdır. Azərbaycan da indiyədək insanlararası münasibətlərin inkişafına, humanitar dəstəyə və sülh quruculuğuna hər zaman öz töhfəsini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri