Icma.az
close
up
RU
Güclü qasırğa Sidney aeroportunun işini pozub

Güclü qasırğa Sidney aeroportunun işini pozub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Sydney Morning Herald” qəzetinin məlumatına görə, güclü yağış və külək səbəbindən Sidney hava limanında 20-dən çox reys ləğv edilib. Hazırda aeroportda yalnız bir uçuş-eniş zolağı işləyir.

Əlverişsiz hava şəraiti Avstraliyanın ən böyük şəhərinin ictimai nəqliyyat sisteminə də təsir edib. Belə ki, Sidneyin bəzi məşhur turizm bölgələri arasında müntəzəm reyslər, o cümlədən bərələrin hərəkəti dayandırılıb. Leysan yağışlar səbəbindən magistral yollar su altında qalıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Güclü külək elektrik naqillərini qırıb, 21 min ev işıqsız qalıb. Sahilyanı bölgələrdə yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub.

Qeyd edək ki, qasırğaya Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizində formalaşan güclü siklon səbəb olub. Siklonun Yeni Cənubi Uels ştatının sahilyanı ərazilərinə güclü yağış və külək gətirəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri